vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
QƏZA, FACİƏ  
11:33 | 15 iyun 2022 | Çərşənbə Məqaləyə 2168 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ötən ay təmir olunan yol çökdü

Yenə boru partlayıb...

Sumqayıtda Kamran Hüseynov küçəsində yenicə təmir edilmiş yol yenidən çöküb. Hadisə şəhərin 20-ci məhəlləsində baş verib.

Yenə də həmin istiqamətdə avtomobillərin hərəkəti dayandırılıb, alternativ yoldan istifadə edilir. Sumqayıt su kanal idarəsinin baş mühəndisi Mahir İmanovun sözlərinə görə yolun çökməsinə səbəb kanalizasiya borusunun yenidən partlaması olub. Təmirlə əlaqədar bu dəfə başqa plan hazırlandığını bildiriblər.

Verilən vədə görə 1 aydan sonra yol yenidən vətəndaşların ixtiyarında olacaq.