vaxtlı-vaxtında oxuyun! Cümə, 3 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
CƏMİYYƏT  
17:53 | 10 avqust 2017 | Cümə axşamı Məqaləyə 2618 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

50 illik eskalatorlar dəyişdirilir

Sərnişinlərdən xahiş olunur ki, gedəcəkləri marşrutu əvvəlcədən daha dəqiq müəyyən etsinlər

MÖVZU İLƏ ƏLAQƏLİ

Avqustun 20-də etibarən metronun «Sahil» stansiyası bağlanacaq. Qatarlar bu stansiyada dayanmadan «İçərişəhər» və əks istiqamətdə hərəkət edəcək. «Bakı Metropoliteni» QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, 1967-ci ildə istismara verilən ilk 5 stansiyasından biri olan «Sahil» stansiyasında eskalatorların istismar müddəti başa çatıb və onların yeniləri ilə əvəzlənməsi zərurəti yaranıb.

«Hazırda bu stansiyada 1967-ci ildə quraşdırılmış eskalatorlar istifadədədir. İstismar müddəti başa çatdıqdan sonra əsas işimiz bu 3 eskalatoru yeniləri ilə əvəz etməkdir. Əsas məqsədimiz hər 3 eskalatoru çıxartmaqdır. Fərqli bir məqam odur ki, çıxan 3 eskalatorun yerinə Almaniya istehsalı olan 4 daha müasir eskalator quraşdırılacaq.

Eskalatorların sökülüb-quraşdırıldığı müddətdə stansiyanın əsaslı təmir olunması da nəzərdə tutulub.

«Bu işlər  çərçivəsində stansiyanın mərmər-qranit örtüyü, istismar müddətini başa vurmaqda olan, köhnəlmiş və müasir dövrün tələblərinə cavab verməyən avadanlıqları yenilənəcək».

Təmir işlərinin 2018-ci ilin iyun ayının sonlarına qədər yekunlaşdırılması nəzərdə tutulur.

«Bu müddət ərzində sərnişinlərdən xahişimiz budur ki, gedəcəkləri marşrutu əvvəlcədən daha dəqiq müəyyən etsinlər. Qatarlarımız «Sahil» stansiyasında dayanmayacaq. Bu əraziyə getmək istəyənlər «Sahil» stansiyasına ən yaxın olan «28 May» və «İçərişəhər» stansiyalarından istifadə edə bilərlər».

Qeyd edək ki, Azərbaycan prezidentinin 18 mart 2011-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş «Bakı Metropoliteninin inkişafına dair Dövlət Proqramı»nda stansiyaların yenidən qurulması, əsaslı təmiri və müasir avadanlıqlarla təchiz olunması nəzərdə tutulub.