vaxtlı-vaxtında oxuyun! Bazar, 5 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
REGİON  
17:16 | 9 sentyabr 2017 | Şənbə Məqaləyə 2560 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ukraynaya yola çıxdıq»

Mixail Saakaşvili: «Artıq Krakovetsə gedirik»

MÖVZU İLƏ ƏLAQƏLİ

Mixail Saakaşvili Ukraynaya yola çıxdığını bildirib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə o «Facebook» səhifəsində yazıb.

Gürcü lider sosial şəbəkədə velisoped sürərkən fotosunu da paylaşıb:

«Artıq çıxdıq, biz Krakovetsə gedirik, Ukraynaya».

Ukrayna rəsmiləri isə onun ölkəyə buraxılmayacağını və Saakaşvilinin sərhədi keçməyə cəhd edəcəyi təqdirdə onun pasportunun əlindən alınacağını vurğulayıblar.

Qeyd edək ki, Odessanın keçmiş qubernatoru iyulun 26-da Ukrayna vətəndaşlığından çıxarılıb. Həmin vaxt Saakaşvili ABŞ-da olub, bundan sonra isə o, Polşa, Litva və Macarıstana gedib.

Siyasətçi bir neçə dəfə Ukraynaya dönəcəyini bəyan edib.