vaxtlı-vaxtında oxuyun! Bazar, 5 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
BÖHRAN  
11:59 | 1 oktyabr 2017 | Bazar Məqaləyə 2905 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dünyada ilk internet müharibəsi başladı

Kataloniya hadisələri Berlin divarının yıxılmasından sonra ən böyük konfliktdir

MÖVZU İLƏ ƏLAQƏLİ

«Kataloniyada referendum ətrafında baş verənlər dünyanın ilk internet müharibəsidir». Bu barədə «WikiLeaks» saytının yaradıcısı Culian Assanc danışıb.

Assancın sözlərinə görə, Kataloniyada baş verənlər Berlin divarının yıxılmasından bu yana vətəndaşlarla hakimiyyət arasında Qərbdə baş verən ən genişmiqyaslı konfliktə çevrilib. Vətəndaşlar internetdən referenduma hazırlıq prosesində fəal istifadə edir, lakin ispan kəşfiyyatı müxtəlif informasiya hücumları, telekommunikasiya şəbəkələrini dondurmaq, əlaqə kanallarını ələ keçirmək və bir çox saytlara senzura tətbiq etməklə buna mane olmağa çalışır.

Qeyd edək ki, oktyabr ayının 1-də Kataloniyada müstəqillik referendumunun keçirilməsi nəzərdə tutulur.