vaxtlı-vaxtında oxuyun! Cümə, 3 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
MEDİA-QHT  
14:01 | 25 yanvar 2014 | Şənbə Məqaləyə 2368 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Kompüter problemi həll olunacaq»

Milli Məclis jurnalistləri sakitliyə çağırdı

MÖVZU İLƏ ƏLAQƏLİ

«Milli Məclisin iclaslarını işıqlandıran jurnalistlərin kompüter problemi həll olunacaq». Bunu azvision.az-a açıqlamasında parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib.

Onun sözlərinə görə, parlamentdə jurnalistlər üçün nəzərdə tutulan otaqda yeni kompüterlər quraşdırılacaq: «Mən rəsmi olaraq deyirəm ki, kompüter məsələsi həll ediləcək. Jurnalistlər üçün olan otaqda kompüterlərin sayı bir neçə dəfə artırılacaq. Onlar üçün şərait yaradılacaq».
A.Təvəkküloğlu həmçinin əlavə edib ki, komitə iclaslarında kompüter otağı jurnalistlərin ixtiyarına veriləcək.
«Komitə iclasları üçün də həmin otaqla bağlı indi hazırlıq gedir və jurnalistlər otaqda işləyə biləcək»,-deyə Akif Təvəkküloğlu əlavə edib.