vaxtlı-vaxtında oxuyun! Bazar, 5 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
CƏMİYYƏT  
17:52 | 3 fevral 2014 | Bazar ertəsi Məqaləyə 2096 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Millət vəkilindən çağırış

Qənirə Paşayeva radikal dini təriqətlərə qarşı mübarizənin gücləndirilməsini istəyir

MÖVZU İLƏ ƏLAQƏLİ

BayMedia xəbər verir ki, millət vəkili Qənirə Paşayeva Milli Məclisdə Azərbaycanda radikal dini təriqətlərə qarşı mübarizəni gücləndirməyə və gənclər arasında dini maarifləndirməni genişləndirməyə çağırdı.

«Azərbaycanda radikal dini təriqətlərə, din adı altında pərdələnərək gənclərimizi radikal əməllərə, dinimizə də zidd əməllərə sövq edənlərə qarşı ciddi tədbirlər görülməlidir. Müsəlman müsəlmanı öldürə bilməz, dinimiz bizə bunu tövsiyə etmir. Suriyada ölən onlarla azərbaycanlı bu millətin və vətənin övladıdır və onların taleyi bizi ciddi narahat etməlidir. Ölənlərin sayı onlarladırsa, görün bu yolla gedə biləcək gənclərimizin sayı nə qədər ola bilər. Kimdir bu gəncləri bu yola dəvət edən, onların beynini yuyan, kimdir onları o yerlərə aparan həmin adamlara qarşı ciddi tədbirlər görülməlidir. Suriya hadisələri bizə ciddi bir siqnal və mesaj oldu və əgər din altında pərdələnən radikal qruplara qarşı ciddi mübarizə aparılmazsa, sabah gənclərimizi başqa gərgin nöqtələrdə də görəcəyik. Bununla bərabər biz gənclərimiz arasında dinimizin doğru şəkildə təbliğini gücləndirməliyik. Maarifləndirmə işlərinə böyük ehtiyac var. YUNESKO kimi beynəlxalq təşkilat 2013-cü ili Seyid Yəhya əş-Şirvani əl-Bakuvi ili elan etmişdi. Gənclərimiz yaxından tanımalıdır Bakuvi kimi böyüklərimizi. Baküvi dünyaya İslam dininin ən gözəl şəkildə yayılmasında böyük rol oynamış bir azərbaycanlıdır. Bizin gənclərimiz Baküvilərin, yəni öz dədələrimizin İslam anlayışı və əxlaqından öyrənməlidirlər. O anlayış və əxlaq oxumağa, öyrənməyə, elmə, hikmətə, insanları sevməyə, anlayışa səsləyir. Radikal dini təriqətlərin yaydığı düşüncələrlə yaxından tanış olanda görürsən ki əslində onlar İslam dininin əsasları ilə ziddir. Amma din pərdəsi arxasında gizli maraqlarını həyata keçirən qüvvələr gənclərimiz arasında iş apararaq sabah bütün cəmiyyətimizdə ciddi narahatlıqlar yarada bilər. Onların elələri var ki, hesab edirlər ki, sadəcə onlar əsl müsəlmandırlar və başqalarına qarşı içlərində ciddi dözümsüzlük, aqressivlik var. Bir sözlə biz gənclərimizin belələrinin əlinə düşməməsi və ilk öncə özünün taleyini puç etməməsi və toplumun gələcəyi üçün bu məsələlərə böyük önəm verməliyik», - millət vəkili Qənirə Paşayeva Parlamentin bu gün keçirilən iclasında deyib.