vaxtlı-vaxtında oxuyun! Cümə, 17 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
REGİON  
18:05 | 14 dekabr 2017 | Cümə axşamı Məqaləyə 2302 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Dövlət çevrilişi istəyirsiniz?»

Putin Sobçakın sualına sualla cavab vedi

MÖVZU İLƏ ƏLAQƏLİ

«Rusiyada «Maydan» hərəkatının Ukrayna ssenarisi yolverilməzdir». Bunu Rusiya prezidenti Vladimir Putin Moskvada keçirilən 13-cü illik mətbuat konfransında prezidentliyə namizəd, jurnalist Kseniya Sobçakın martda keçiriləcək seçkilərdə rəqiblərlə bağlı verdiyi sualı cavablandırarkən bildirib.

«Müxalifət müsbət addımların olduğu aydın proqramla çıxış etməlidir. Siz hamının əksinə gedirsiz? Nə təklifiniz var?» - deyə Putin Sobçakdan soruşub.

O həmçinin qeyd edib ki, müxalifətin proqramı yoxdursa və onlar hakimiyyətə gələcəksə, bu, Rusiyanın özündə «Maydan» hərəkatı ilə nəticələnəcək: “Meydanlarınızda onlarla belə Saakaşvilinin qaçmasını istəyirsiniz? Belə «Saakaşvili»lərin ölkəni qarışdırmasını istəyirsiniz? Bir «Maydan»dan digərinə keçməyimizi istəyirsiniz? Dövlət çevrilişi olmağını istəyirsiniz? Əminəm ki, Rusiya vətəndaşlarının böyük əksəriyyəti bunu istəmir və buna imkan verməz».

Onun sözlərinə görə, prezident seçkilərində rəqabət olmalıdır və bu, olacaq.