vaxtlı-vaxtında oxuyun! Bazar, 12 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
SƏHİYYƏ, ORDU  
16:27 | 25 aprel 2018 | Çərşənbə Məqaləyə 2568 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Zakir Həsənov Çinə səfərə gedir

Azərbaycanın müdafiə nazirinə çinli həmkarından rəsmi dəvət gəlib

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Çin Xalq Respublikası Dövlət Şurasının üzvü, ÇXR milli müdafiə naziri, general-polkovnik Vei Fenxenin dəvəti ilə aprelin 26-da Pekin şəhərinə yola düşəcək.

Müdafiə Nazirliyindən verilən məlumata görə, rəsmi səfər çərçivəsində ÇXR-in hərbi-siyasi rəhbərliyinin və digər dövlət strukturlarının rəsmiləri ilə hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə görüşlərin keçirilməsi nəzərdə tutulub.

Çinin hərbi sənaye kompleksinə daxil olan müəssisələrə nəzərdə tutulan ziyarət zamanı Azərbaycan nümayəndə heyəti ordumuzun hərbi potensialını gücləndirəcək müasir döyüş texnikaları və digər hərbi təyinatlı məhsullar ilə tanış olacaq.