vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 13 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
BÖHRAN  
15:00 | 28 fevral 2014 | Cümə Məqaləyə 1518 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yanukoviç Krımdadır?

Eks prezidentin Rostovda mətbuat konfransı keçirəcəyi deyilir

Yanukoviçin Krıma gəlməsi xəbəri yayılıb, ancaq xəbər təsdiqini tapmayıb. Avropa.info xarici mətbuata istinadən xəbər verir ki, bu gün Sevastopola Anapadan uçan 8 hərbi vertolyotdan birində Yanukoviçin də olduğu bildirilir.

Tatarların lideri Refat Çubarov deyib ki, 8 rus hərbi vertolyotu Sevastopola gəlib. Lakin Yanukoviçin hansı bortda olması barədə məlumat yoxdur.

Bir neçə saat sonra Viktor Yanukoviçin Rostovda keçirəcəyi mətbuat konfransının yeri bəlli olub. 

Bildirilir ki, mətbuat konfransı saat 17.00-da «VertolEkspo» Sərgi salonunun «Ametit» zalında keçiriləcək. Mətbuat konfransına jurnalistlər   təhlükəsizlik yoxlanışından sonra buraxılacaqlar. Mətbuat konfransının təqribən bir saat çəkəcəyi bildirilir. Yanukoviç yaranmış duruma aydınlıq gətirməklə yanaşı jurnalistlərin suallarını da cavablandıracaq.