vaxtlı-vaxtında oxuyun! Şənbə, 11 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
BÖHRAN  
02:48 | 2 mart 2014 | Bazar Məqaləyə 1467 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

NATO-da tərpəniş var

Ukrayna ilə bağlı bir gündə iki toplantı olacaq

NATO-nun rəhbər orqanı olan NATO Şurası martın 2-də – bazar günü Ukraynadakı situasiya ilə bağlı növbədənkənar toplantı keçirəcək. Musavat.com-un məlumatına görə, bu barədə özünün Twitter səhifəsində alyansın baş katibi Anders Foq Rasmussen yazıb.

«NATO üzrə müttəfiqlər Ukraynadakı vəziyyətin ciddiliyə ilə bağlı koordinasiya işi aparacaqlar. NATO Şurasının iclasından sonra Ukrayna-NATO Şurasının iclası olacaq», - deyə məlumatda bildirilir. 

Qeyd edək ki, şənbədən bazara keçən gecə Ukrayna XİN-i alyansa müraciət edərək ondan bütün mümkün vasitələrlə Ukraynanın ərazi bütövlüyünü və xalqını müdafiə eləməyi xahiş etmişdi.