vaxtlı-vaxtında oxuyun! Cümə, 3 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
MEDİA-QHT  
00:33 | 6 aprel 2022 | Çərşənbə Məqaləyə 1145 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

QHT-lər “Şuşa ili”nə nə verəcək?

Agentlik Azərbaycanın mədəniyyət paytaxtında iclas keçirdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası Şuşa şəhərində keçirilib. İclası Müşahidə Şurasının sədr müavini, Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev açaraq gündəliyə daxil olan məsələlər barədə məlumat verib. V. Quliyev “Şuşa ili”nə həsr edilmiş xüsusi qrant müsabiqəsi və 2022-ci il üçün kiçik qrant müsabiqələrinin mövzuları barədə fikirlərini bildirərək QHT-lərin hər iki müsabiqəyə ictimai əhəmiyyət kəsb edən layihələr təqdim edəcəyinə əmin olduğunu vurğulayıb.

İclasda qonaq qismində iştirak edən Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov çıxış edərək agentliyin “Şuşa ili”nə həsr edilmiş qrant müsabiqəsi keçirməsindən məmnun olduğunu vurğulamış, bu məqsədlə birgə müzakirənin təşkil edilməsinin səmərəli olduğunu bildirmişdir.         

Müşahidə Şurasının üzvləri müsabiqə mövzuları ətrafında müzakirələr aparıblar və müvafiq qərarlar qəbul ediblər. 

Qeyd edək ki, Agentlik yaxın günlərdə hər iki müsabiqəyə layihələrin qəbulunu elan edəcək.