Polşa və Bolqarıstanın qazı kəsildi
Rusiya səbəb kimi hər iki ölkənin ödənişin rublla edilməsi tələbi ilə razı olmadıqlarını göstərir
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Vyetnam müharibəsi taktikası
“Pilotlar çox təhlükəli missiyalara göndərilir”
-
“Öz ərazilərini vururlar”
Hədəfdən böyük ölçüdə yayınmalar bombalanmanın uğrursuzluğunu göstərir
-
“Hücum şimaldan olacaq”
“III Dünya müharibəsinə 4 milyondan çox hərbçi qatılacaq!”
-
500 min əsgərlə hücum
Ukrayna yarım milyonluq gücü 40 min nəfərlik ordu və PUA-larla qarşılayacaq
-
Sağ qalmaq üçün böyük düşünmək lazımdır
Regionda Fransanın təsir dairəsində olan ölkələr məğlubiyyətə məhkumdur
-
Qarğa səsli “bülbül”
Rusiya mediası Ermənistan-Azərbaycan yaxınlaşmasına qərəzlidir
-
“Türkiyənin Rusiyadan başqa prioritetləri var”
ABŞ mediası: “NATO mümkün müharibəyə hazırlaşarkən daxili problemlərlə mübarizə aparır”
-
Ukrayna cəbhəsində kritik ay
Putin andiçmə mərasiminə və Qələbə gününə hədiyyə kimi Çasov-Yar təpələrini istəyir
-
Rusiyanı gözləyən təhlükə
Ukraynadan qayıdan əsgərlər tərəfindən törədilən qətllərin sayı 9 dəfə artıb
-
Türkiyənin namizədi bəlli oldu
NATO Stoltenberqin varisini müəyyən etməyə tələsir
-
Makron NATO-ya inanmır?
Fransa prezidenti yenə “ortaq Avropa müdafiəsi”ndən dəm vurur
-
Baltikyanı ölkələrdə panika
“Zirzəmiləri sığınacaqlara çevirin”
-
Rusiya BMT sanksiyalarını pozub
Ukraynada Şimali Koreyaya məxsus raketin qalıqları tapılıb
-
“Yenilməz batareya” məhv oldu
Ukrayna ordusu Krımdakı “S-400”lərin birini vurub
-
“Özünü müdafiə hüququ çərçivəsindədir”
NATO Ukraynanın Rusiya ərazisini bombalamağa yaşıl işıq yandırıb
-
95 milyard dollarlıq yardım
ABŞ Ukrayna, İsrail və Tayvana fantastik məbləğ ayırdı
Polşanın “PGNiG” qaz şirkəti bildirib ki, Rusiya aprelin 27-dən bu ölkəyə qazın nəqlini dayandıracaq. Moskva bu qərarını onunla izah edib ki, Varşava Rusiya qazı üçün ödənişlərin rublla edilməsinə dair martın 31-dən verilmiş tələbi rədd edib. Həmin vaxtdan Rusiya hökuməti Polşanı “dost olmayan ölkələr” siyahısına daxil etmişdi.
“İnterfax” agentliyi “Gazprom” şirkətinin nümayəndəsinə istinadən bildirmişdi ki, Polşaya qaz verilməsinin dayandırılması hələ rəsmən elan olunmayıb, lakin ona xəbərdarlıq edilib ki, ödənişlər Rusiya valyutası ilə edilməlidir.
“PGNiG”in ilin birinci rübündə idxal etdiyi qazın 53 faizi Rusiyanın payına düşüb.
***
Lakin Polşa bildirib ki, Rusiyanın qazı kəsməsi istehlakçıların təchizatına təsir göstərməyəcək, çünki ölkənin qaz terminalları 80 faizinədək doludur və qarşıdan daha isti yaz-yay mövsümü gəlir.
Polşanın qaz almaq üçün başqa alternativləri də var. Ölkə habelə maye qaz alır. Maye qaz Polşanın qaz idxalında bu il 26 faiz təşkil edib.
Bununla belə ekspertlər bildirirlər ki, Rusiya Polşaya qazın verilməsini bir neçə həftə dayandırarsa, bu ölkə bəzi böyük istehlakçıların hesabına qənaət rejiminə keçməli olacaq.
Bu da xəbər verilir ki, Polşa onsuz da uzun perspektivdə Rusiya qazından tam imtina etməyi planlaşdırırdı və “Gazprom” şirkəti ilə yeni kontrakt imzalamayacağını bildirmişdi.
Bundan başqa oktyabr ayından Norveçdən çəkilən yeni kəmər işə düşməlidir.
Bu kəmərin 2022-ci ildə tam gücü ilə işə düşdükdən sonra Rusiya qazını tamamilə əvəz edəcəyi gözlənilir.
Bolqarıstan hökuməti də bildirib ki, “Gazprom” şirkətindən qazın kəsiləcəyinə dair bildiriş alıb.
“Bulqarqaz” şirkəti bildirir ki, Rusiyanın ödəniş üçün yeni tələbi artıq mövcud kontraktın şərtlərinə ziddir.
***
Aprelin 26-da Polşa Moskvanın Ukraynaya qarşı təcavüzünə cavab olaraq Rusiya və Belarusdan olan 15 fiziki və 35 hüquqi şəxs üzərinə sanksiyalar qoyduğunu elan etmişdi.
Sanksiya siyahısına salınanların arasında biznesmen Oleq Deripaska, Alfa qrupunun şəriki Mixail Fridman, Safmar firmasının təsisçisi Mixail Qutseriyev, Akrona şirkətinin ən böyük səhmdarı Vyaçeslav Kantor, Severstalın sahibi Aleksey Mordaşov və Rosneftin rəhbəri İqor Seçin var.
Onların Polşa ərazisinə daxil olması qadağan edilib.
Polşanın sanksiyaları habelə “Kaspersky Lab” şirkətinin təsisçisi Yevgeni Kasperskini, “1C” şirkətinin yaradıcısı Boris Nuraliyevi, “FosAgro” firmasının rəhbəri Timur Raşidovu və “Renova” qrupunun sahibi Viktor Vekselberqi hədəfləyir.
Sanksiyalar siyahısına habelə “Gazprom” şirkətinin Polşadakı törəmə şirkətləri daxil edilib.