Marriott Rusiyadan getdi
Otellər şəbəkəsi ölkədə fəaliyyətini davam etdirməyi qeyri-mümkün hesab edir
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Rusiyanın şah damarına zərbə
Heç kimə qulaq asmayan Ukrayna Novorossiysk limanını vurub
-
Rusiya torpaqlarına ABŞ raketləri
Ukrayna Bayden administrasiyasından kəşfiyyat məlumatları və silahlardan istifadə izni istəyib
-
“Aşağı orbitdəkilər məhv ola bilər”
“Rusiya nüvə silahının sınaqdan keçirilməsi üçün kosmosa peyk göndərdi”
-
Diplomatik kriz
“Deportasiyalar İki ölkə münasibətlərinə düzəldilməz ziyan vuracaq”
-
Vyetnam müharibəsi taktikası
“Pilotlar çox təhlükəli missiyalara göndərilir”
-
“Öz ərazilərini vururlar”
Hədəfdən böyük ölçüdə yayınmalar bombalanmanın uğrursuzluğunu göstərir
-
“Hücum şimaldan olacaq”
“III Dünya müharibəsinə 4 milyondan çox hərbçi qatılacaq!”
-
500 min əsgərlə hücum
Ukrayna yarım milyonluq gücü 40 min nəfərlik ordu və PUA-larla qarşılayacaq
-
Sağ qalmaq üçün böyük düşünmək lazımdır
Regionda Fransanın təsir dairəsində olan ölkələr məğlubiyyətə məhkumdur
-
Qarğa səsli “bülbül”
Rusiya mediası Ermənistan-Azərbaycan yaxınlaşmasına qərəzlidir
-
“Türkiyənin Rusiyadan başqa prioritetləri var”
ABŞ mediası: “NATO mümkün müharibəyə hazırlaşarkən daxili problemlərlə mübarizə aparır”
-
Ukrayna cəbhəsində kritik ay
Putin andiçmə mərasiminə və Qələbə gününə hədiyyə kimi Çasov-Yar təpələrini istəyir
-
Rusiyanı gözləyən təhlükə
Ukraynadan qayıdan əsgərlər tərəfindən törədilən qətllərin sayı 9 dəfə artıb
-
Türkiyənin namizədi bəlli oldu
NATO Stoltenberqin varisini müəyyən etməyə tələsir
-
Makron NATO-ya inanmır?
Fransa prezidenti yenə “ortaq Avropa müdafiəsi”ndən dəm vurur
-
Baltikyanı ölkələrdə panika
“Zirzəmiləri sığınacaqlara çevirin”
Beynəlxalq otellər şəbəkəsi Marriott Rusiya bazarından çıxışını elan edib. Bu barədə şirkətin vebsəhifəsində məlumat verilib. Şəbəkənin ölkədəki fəaliyyətinin dayandırılmasına səbəb kimi Ukraynanın işğalı ilə əlaqədar Avropa İttifaqı, ABŞ və Böyük Britaniyanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar göstərilir. Şirkət ölkədə fəaliyyətini davam etdirməyin qeyri-mümkün olduğunu bildirir.
Şirkətin vebəsifəsində verilən məlumatına görə, müharibə başlayandan bəri münaqişə zonasında qalmış işçilər və onların ailə üzvlərinə dəstək məqsədilə 1 milyon dollar, habelə Ukraynadan olan qaçqınları yerləşdirməsini təmin edən 85-dən çox otelin təchizatı üçün 2,7 milyon dollar yönəldilib.
Marriott şəbəkəsi Rusiyada 25 il fəaliyyət göstərib. Martın əvvəlində şirkət Moskvadakı ofisini bağladığını, investisiyaların və Rusiyada yeni otellər açılışının dayandırdığını elan etdi. Hilton və Hyatt otel şəbəkələri də eyni qərarı verib.
Yale İdarəetmə Məktəbinin məlumatına görə, Ukraynada müharibə başlayandan bəri 1000-ə yaxın xarici şirkət Rusiyanı tərk edəcəklərini və ya ölkədə fəaliyyətlərini məhdudlaşdıracaqlarını bəyan ediblər.