Taxıl problemi necə həll olunacaq?
Dəhlizin işə salınması ilə bağlı yol xəritəsi hazırlanıb
“Atlas” Araşdırmalar Mərkəzi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Müharibəni qazanmadan NATO-ya girə bilmərik”
“Ukrayna ordusu ABŞ istehsalı olan “F-16”ların bu ay gələcəyini gözləyir”
-
Sağ qalmaq üçün böyük düşünmək lazımdır
Regionda Fransanın təsir dairəsində olan ölkələr məğlubiyyətə məhkumdur
-
Qarğa səsli “bülbül”
Rusiya mediası Ermənistan-Azərbaycan yaxınlaşmasına qərəzlidir
-
“Türkiyənin Rusiyadan başqa prioritetləri var”
ABŞ mediası: “NATO mümkün müharibəyə hazırlaşarkən daxili problemlərlə mübarizə aparır”
-
Ukrayna cəbhəsində kritik ay
Putin andiçmə mərasiminə və Qələbə gününə hədiyyə kimi Çasov-Yar təpələrini istəyir
-
Rusiyanı gözləyən təhlükə
Ukraynadan qayıdan əsgərlər tərəfindən törədilən qətllərin sayı 9 dəfə artıb
-
Türkiyənin namizədi bəlli oldu
NATO Stoltenberqin varisini müəyyən etməyə tələsir
-
Makron NATO-ya inanmır?
Fransa prezidenti yenə “ortaq Avropa müdafiəsi”ndən dəm vurur
-
Baltikyanı ölkələrdə panika
“Zirzəmiləri sığınacaqlara çevirin”
-
Rusiya BMT sanksiyalarını pozub
Ukraynada Şimali Koreyaya məxsus raketin qalıqları tapılıb
-
“Yenilməz batareya” məhv oldu
Ukrayna ordusu Krımdakı “S-400”lərin birini vurub
-
“Özünü müdafiə hüququ çərçivəsindədir”
NATO Ukraynanın Rusiya ərazisini bombalamağa yaşıl işıq yandırıb
-
95 milyard dollarlıq yardım
ABŞ Ukrayna, İsrail və Tayvana fantastik məbləğ ayırdı
-
“NATO həmişəkindən daha güclüdür”
“Ukrayna müharibəsi təhlükəsizliyin regional deyil, qlobal olduğunu göstərdi”
-
Ukraynada çağırış yaşı aşağı salındı
Zelenski uzun müddətdir yubatdığı qanunu imzaladı
-
“Kerç partlayacaq”
Ukrayna müharibədə bütün balanslar dəyişməyə qərarlıdır
Rusiya prezidenti Vladimir Putin son müsahibələrinin birində iddia edib ki, guya o Ukrayna taxılının dünya bazarlarına daşınmasına mane olmur. Halbuki, taxılı ixrac etmək üçün Ukraynanın dəniz limanlarından çıxış mümkün deyil. Rusiyanın hərbi gəmiləri Ukrayna limanlarını yaxın məsafədən nəzarətdə saxlayırlar. Bu limanlardan gəmilər çıxarsa Rusiyanın hərbi gəmiləri tərəfindən saxlanılacaq.
Vladimir Putin Ukrayna dəniz limanlarının mühasirəsindən imtina etmək əvəzinə təklif edib ki, Ukrayna öz taxılını Belarus üzərindən ixrac etsin. Putinin ikinci təklifi isə odur ki, Ukrayna öz limanlarına yaxın əraziləri dəniz minalarından təmizləsin. Kiyev çətin ki, buna razılaşsın. Kremlə etibar yoxdur, dəniz limanlarının ətrafı minalardan təmizlənsə Rusiyanın hərbi gəmiləri Ukraynanın liman şəhərlərinə, o cümlədən Odessaya hücuma keçə bilər.
Ankara bu məsələnin həllində də vasitəçiliyini təklif edib. Türkiyənin Rusiya, Ukrayna və BMT rəsmiləri ilə apardığı danışıqları nəticəsində “taxıl dəhlizi”nin işə salınması ilə bağlı yol xəritəsi hazırlanıb. Tərəflər yol xəritəsinin detallarını müzakirə etmək üçün İstanbulda toplaşacaqlar. İstanbulda koordinasiya mərkəzi yaradılacaq. Məqsəd Ukraynanın ixrac üçün nəzərdə tutulan 20 milyon ton taxılının dünya bazarlarına çatdırılmasıdır.
Bu arada, beynəlxalq təşkilatlar Dehliyə müraciət edərək Hindistanın da taxıl ixracatına başlamasını xahiş ediblər. Misir Hindistana müraciət edərək bu ölkədən 500 min ton taxılın idxalına çalışır. Misir taxıl əvəzinə Hindistana sənaye məhsulları göndərməyə hazırdır. Misir dünyanın ən böyük taxıl alıcılarındandır. Misir hər il müxtəlif ölkələrdən 11-13 milyon ton taxıl idxal edir. Əsas alıcıları Rusiya, Ukrayna və Hindistandır. Birinci ikisiylə problemlər olduğundan Misir Hindistandan daha çox taxıl almağa ümidlidir.
Dehli taxıl ixracıyla bağlı hələ qərar verməyib. Hindistan hökuməti taxıl ixracatını quraqlıqla əlaqələndirib. Dehli 1 milyard 300 milyonluq əhalisini taxılla təmin etmək üçün birinci növbədə yerli ehtiyacları ödəməlidir. Halbuki, Hindistan bu il üçün ən azı 23 ölkəyə taxıl ixracı planlaşdırırdı.