vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 9 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
REGİON  
21:00 | 11 mart 2014 | Çərşənbə axşamı Məqaləyə 1463 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənistan müstəqilliyini itirə bilər

«Dünyanın xəritəsi yenidən çəkiləcək»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Dünyada mürəkkəb geosiyasi proseslər gedir. Dünyanın xəritəsi yenidən çəkilə bilər. Bu geosiyasi proseslər Ermənistana da təsir edəcək».

ANS PRESS-in məlumatına görə, bunu Ermənistan parlamentinin müxalifətdən olan deputatı Aleksandr Arzumanyan deyib. O bildirib ki, Ermənistan regionda Rusiya hərbi bazalarının yerləşdiyi yeganə ölkədir və yalnız Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Onun sözlərinə görə, qeyd edilən iki faktor Ermənistanın suverenliyini, müstəqilliyini təhlükə altına atır.

«Ona görə də Ermənistan KTMT-yə üzv olması ilə bağlı şərtlərə yenidən baxmalıdır. Bundan başqa Rusiya hərbi bazalarının ölkədə yerləşdirilməsi məsələsi yenidən gündəmə gətirilməlidir. Əks halda Ermənistan müstəqilliyini tamamilə itirə bilər», deyə Aleksandr Arzumanyan bildirib.

Deputatın fikrincə, rəsmi İrəvan Ermənistan – NATO münasibətlərini dərinləşdirməlidir: «Yalnız bundan sonra Ermənistan regionda və beynəlxalq arenada tam müstəqil dövlət kimi tanına bilər».