vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 7 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
09:00 | 12 mart 2014 | Çərşənbə Məqaləyə 3060 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Gülər Əhmədova UZİ-dən keçib

Sabiq deputat 8 martda ailə üzvləri ilə görüşə bilməyib

Sevinc TELMANQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

Sabiq deputat, hazırda 1 saylı İstintaq Təcridxanasında saxlanılan Gülər Əhmədovanın səhhəti nəzarət altındadır. Bu barədə bizə açıqlamasında G.Əhmədovanın vəkili Əfsər Talıbov dedi.

Onun sözlərinə görə, sabiq deputatı müayinə etmək üçün Baş Tibb İdarəsindən, Penitensiar Xidmətdən gəliblər: «Gülər xanımı müayinə ediblər. Ürəyində, ciyərində, ayaqlarında problemlər var. Bundan başqa, UZİ aparatına salıblar. Onun xəstəliyi barədə arayış vermək üçün ediblər».

8 Mart Qadınlar Bayramı günündə G.Əhmədovanı nə ailə üzvləri, nə də vəkili ziyarət edə bilib. Vəkilin sözlərinə görə, ailəsi ancaq sovqat göndərib: «Çünki həmin gün görüşə icazə yox idi, bayram günü olduğundan həmin şöbə işləmirdi. Ona ailə üzvlərinin konkret nə hədiyyə alındığını bilmirəm. Bununla maraqlanmağım doğru deyil».

Müsahibimiz G.Əhmədovanın nəzərdə tutulan Apelyasiya Məhkəməsi barədə bəzi yeniliklərin olduğunu və bu barədə yaxın günlərdə açıqlama verəcəyini dedi.