Putinə qarşı xüsusi əməliyyat
Rusiya prezidenti cavab versə də uduzacaq, verməsə də ...
X.CƏFƏRLİ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Kopperfildə qarşı cinayət işi
Məşhur illüziyaçı 16 qadına təcavüz etməkdə ittiham olunur
-
Diplomatik kriz
“Deportasiyalar İki ölkə münasibətlərinə düzəldilməz ziyan vuracaq”
-
Vyetnam müharibəsi taktikası
“Pilotlar çox təhlükəli missiyalara göndərilir”
-
“Öz ərazilərini vururlar”
Hədəfdən böyük ölçüdə yayınmalar bombalanmanın uğrursuzluğunu göstərir
-
“Hücum şimaldan olacaq”
“III Dünya müharibəsinə 4 milyondan çox hərbçi qatılacaq!”
-
500 min əsgərlə hücum
Ukrayna yarım milyonluq gücü 40 min nəfərlik ordu və PUA-larla qarşılayacaq
-
Faciəvi mənzərə
Ekologiya bəhanədir, məqsəd maraqlar və biznesdir
-
ABŞ-dan Çinə növbəti həmlə
Vergi və rüsumlar 2-3 dəfə artırıldı
-
“İqtisadiyyatlar ksenofobiya səbəbindən durğunlaşır”
Bayden deyir ki, Hindistan, Yaponiya, Çin və Rusiya immiqrantları istəmir
-
Oğurluqda günahlandırılır
Süni intellektə qarşı müəllif hüquqları iddiası qaldırılıb
-
6.5 milyard dollarlıq vəd
“Johnson & Johnson” anlaşma təklif edir
-
Sağ qalmaq üçün böyük düşünmək lazımdır
Regionda Fransanın təsir dairəsində olan ölkələr məğlubiyyətə məhkumdur
-
“İki dövlət həlli artıq çox çətindir”
Tramp “Time”a danışıb: “Nəticə ala bilməsələr, digər ordu birləşmələrini işə salacağam”
-
“Zombi maral xəstəliyi” epidemiyası
ABŞ-nin 50 ştatının 33-də müşahidə olunan virus insana yoluxurmu?
-
Qarğa səsli “bülbül”
Rusiya mediası Ermənistan-Azərbaycan yaxınlaşmasına qərəzlidir
-
Reseptlə satılacaq
ABŞ-də tarixi “marixuana” hazırlığı
Vaşinqton Rusiya diplomatlarını və onların ailə üzvlərini evlərinə aparmalı olan Rusiya dövlət aviasiyasının ABŞ-a xüsusi reysinə icazə verməyib. Böyük Britaniya Rusiyanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasındakı (ATƏT) nümayəndə heyətinin üzvlərinə viza verməkdən imtina etdiyi üçün onlar Assambleyanın iclasında iştirak edə bilməyəcəklər. Litva Rusiyadan Kalinqrada və əks istiqamətdə daşınan yüklərin təxminən 50 faizinə qadağa qoyub. ABŞ Dövlət Departamenti Ukraynada müharibə başa çatana qədər Rusiyaya qarşı təzyiqləri davam etdirəcəyini bəyan edib. Rusiyanın Litvanı təhdid etməsinə cavab olaraq ABŞ Dövlət Departamenti dərhal NATO-nun 5-ci maddəsini xatırladıb.
Rusiyaya ilə bağlı bir neçə hadisə və bəyanatı ard-arda düzərək bir yerdə oxuduqda vahid bir siyasət həyata keçirildiyini aydın görmək olur. Belə görünür ki, Putinə qarşı xüsusi əməliyyat həyata keçirilir. Əgər onun əsəbləri dözməyib faciəvi səhvə, Litvaya hücuma qərar versə, bu Rusiya üçün fəlakət olacaq. Rusiyanın hücum olacağı təqdirdə NATO dərhal kollektiv cavab verəcək. Ukrayna qarşı müharibədə ciddi üstünlük qazana bilməyən və böyük itkilər verən Rusiya ordusunun NATO-ya qarşı heç bir şansının olmadığı isə artıq hər kəsə aydındır.
Litvaya hücum etməsə və Kalininqradın blokadasını aradan qaldıra bilməsə, Rusiya rəsmilərinin və təmsilçilərinin beynəlxalq tədbirlərdə iştirakını təmin etməsə, bürokratiya və xalqın gözündə Putin qüdrətli lider obrazını itirəcək. Bu proses ona qarşı etimadsızlığı gücləndirəcək. Məmurların və xalq kütləsinin Putinə qarşı çıxması üçün onun lider obrazı dağılmalıdır.
Göründüyü kimi Putin ona qarşı həyata keçirilən xüsusi əməliyyata cavab versə də uduzacaq, verməsə də.