vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 9 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BÖHRAN  
10:42 | 14 iyul 2022 | Cümə axşamı Məqaləyə 610 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiya atəşkəsə razılaşdı

BMT danışıqlardan sonra müsbət bəyanatlar gözləyir

Azər NURİYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya İstanbulda Ukrayna taxılına dair danışıqların nəticəsi olaraq yüklərin daşınması müddəti üçün atəşkəsə razılaşıb. Bu barədə “Reuters” məlumat yayıb.

Qeyd olunur ki, Türkiyə BMT-nin dəstəyi ilə silah qaçaqmalçılığının qarşısını almaq üçün daşımalarda iştirak edən gəmiləri yoxlayacaq.

Öz növbəsində, BMT baş katibinin nümayəndəsinin müavini Fərhan Haq vurğulayıb ki, BMT danışıqlardan sonra müsbət bəyanatlar gözləyir.

“Mən liderimi qabaqlamayacağam. Baş katib tezliklə sizinlə görüşəcək. Ancaq qeyd etmək lazımdır ki, biz bunun müsbət bir şey olduğuna inanırıq”, – o, danışıqların nəticəsi ilə bağlı sualı cavablandırarkən deyib. (Milli.az)