vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 9 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
REGİON  
18:06 | 29 mart 2014 | Şənbə Məqaləyə 1500 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənistan ittifaqa can atır

İrəvan may ayında razılaşmanı imzalayacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistan 2015-ci ilin yanvarından Kremlin layihəsi kimi reallaşması gözlənilən Avrasiya İttifaqına qoşulmaq niyyətindədir. Modern.az saytı «Armtoday»a istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər nazirinin müavini Savaş Koçaryan məlumat verib. Onun sözlərinə görə bu ilin may ayında Ermənistan Avrasiya İttifaqına üzv olmaq üçün razılaşmaya imza atacaq.

XİN rəsmisi bildirib ki, Ermənistan sözügedən layihəyə qoşularsa, o zaman böyük üstünlüklər qazanacaq. Nazir müavini onu da qeyd edib ki, rəsmi Yerevanın Avrasiya Birliyinə qəbulu Ermənistanda köklü islahatların aparılması üçün stimuldur.

Erməni diplomat söyləyib ki, məsələ parlamentdə də müzakirəyə çıxarılacaq.