İrana qarşı müharibə hazırlığı
İsrailli general ABŞ-da güc strukturu rəsmiləri ilə görüşür
X.CƏFƏRLİ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“İqtisadiyyatlar ksenofobiya səbəbindən durğunlaşır”
Bayden deyir ki, Hindistan, Yaponiya, Çin və Rusiya immiqrantları istəmir
-
Oğurluqda günahlandırılır
Süni intellektə qarşı müəllif hüquqları iddiası qaldırılıb
-
6.5 milyard dollarlıq vəd
“Johnson & Johnson” anlaşma təklif edir
-
“İki dövlət həlli artıq çox çətindir”
Tramp “Time”a danışıb: “Nəticə ala bilməsələr, digər ordu birləşmələrini işə salacağam”
-
“Zombi maral xəstəliyi” epidemiyası
ABŞ-nin 50 ştatının 33-də müşahidə olunan virus insana yoluxurmu?
-
Reseptlə satılacaq
ABŞ-də tarixi “marixuana” hazırlığı
-
3,4 milyard dollarlıq təlatüm
Keçən il 60 yaşdan yuxarı 100 mindən artıq ABŞ vətəndaşı fırıldağın qurbanı olub
-
Seçkiqabağı sorğu həyəcanı
Tramp və Bayden arasındakı uçurum dərinləşir
-
2027-ci il kabusuna hazırlıq
Böyük müharibədən əvvəl qızıl tədarükü – Çin 17 ayda rekord qırdı
-
“ABŞ-la vaxtaşırı görüşürük”
Əsəd: “Heç bir nəticə olmayacağını bilsək belə, cəhd edəcəyik”
-
Nyu-Yorkda siçovul böhranı
Leptospiroz xəstəliyinə yoluxanların sayında ciddi artım var
-
“Haşdi Şabi”ni kim vurub?
Partlayış səsləri bu dəfə İraqdan gəldi
-
Nüvə müharibəsinə hazırlıq qızışır
ABŞ yeni döyüş başlığının istehsalına başlayır
-
Çinə qarşı kiber hücum ittihamı
Hakerlər ABŞ-ı susuz və enerjisiz qoymağa çalışıblar
-
95 milyard dollarlıq yardım
ABŞ Ukrayna, İsrail və Tayvana fantastik məbləğ ayırdı
-
Təyyarəsi yenə xarab oldu
NATO toplantısına maşınla getdi
İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenet Aviv Koxavi Pentaqon və Ağ Evdə keçirdiyi görüşlərdə İrana qarşı fəaliyyət planın hazırlanmasını sürətləndirməyə çağırıb. Aviv Koxavi Vaşinqtonda ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sallivan, Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi Uilyam Börns, ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli ilə görüşlər keçirib. Aviv Koxavi ABŞ Mərkəzi Komandanlığının (United States Central Command) Florida ştatının Tampa şəhərindəki qərargahında general Erik Kurilla ilə görüşü isə daha işgüzar görüş hesab olunur. ABŞ Mərkəzi Komandanlığının əməliyyat sahəsi Yaxın Şərq daxil olmaqla Misirdən Əfqanıstana kimi coğrafiyanı əhatə edir.
Vaşinqtonda keçirilən görüşlərin əsas mövzusu İranın nüvə proqramı olub. General Aviv Koxavi sanksiyalara baxmayaraq İranın nüvə proqramını inkişaf etdirdiyinə diqqət çəkib və Tehranın nüvə silahına malik olmasının qarşısını almaq üçün tələsməyə çağırıb. Ağ Ev rəsmiləri Aviv Koxavini əmin ediblər ki, ABŞ prezidenti İranın nüvə silahı əldə etməsinə imkan verməmək öhdəliyinə sadiqdir. .
ABŞ Mərkəzi Komandanlığı yəhudi əsilli milyader İdan Oferin şirkətinə məxsus “Pacific Zircon” tankerinə qarşı noyabrın 15-də Oman körfəzində edilən hücumun arxasında İranın dayandığını təsdiq edən faktları İsrailə təqdim edilib. İran ordusu “Pacific Zircon” tankerinə Şahed-136 dronu ilə ilə zərbə endirib. ABŞ ordusunun Bəhreyndəki bazasının laboratoriyasında dronun toplanmış fraqmentləri, partlayıcı maddələrin qalıqlarının analizi ilə sübut edilib ki, tankerə həqiqətən “Shahed-136” dronu ilə zərbə endirilib.
Ukraynadan sonra daha bir coğrafiyada İranın “Shahed-136” ilə əzələ nümayiş etdirməsi Tehrana qarşı güc tətbiqini zərurətə çevirib. Proseslər İranın hərbi gücünün dağıdılması istiqamətinə gedir. İrandakı etirazlar bu vəzifənin həyata keçirilməsi üçün çox əlverişli şərait yaradıb. İranın nüvə proqramının və Tehranın təcavüzkar davranışının qarşısının alınmasında israrlı olanlar bu əlverişli şəraiti əldən qaçırmamaqda təkid edirlər. Tehran yaxın zamanlara siyasətində ciddi dəyişiklik etməsə və Avropanın müqaviməti zəifləsə yaxın zamanlarda İranın nüvə obyektlərinə, eləcə də hərbi bazalarına zərbə endirilməsinin şahidi olacağıq.