Aralıq dənizində ara qarışır
Türkiyənin Liviyanı müdafiə etməsi Yunanıstanı özündən çıxarır
XALİDƏ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Aİ-dən “Dəmir Pərdə” xəbərdarlığı...
Çarlz Mişelin Türkiyə ilə bağlı açıqlaması dünyanın gündəminə damğa vurdu
-
“Türkiyənin Rusiyadan başqa prioritetləri var”
ABŞ mediası: “NATO mümkün müharibəyə hazırlaşarkən daxili problemlərlə mübarizə aparır”
-
Türkiyənin namizədi bəlli oldu
NATO Stoltenberqin varisini müəyyən etməyə tələsir
-
“S-400”ə qarşı “Brahmos”
Yunanlar tüfəngin qarşısını sapandla almaq istəyir
-
... Avropanın ilk beşliyində
Milyarderlər məskəni, sevimli-əziz şəhər ...
-
Üç Türk lider bölgənin iqtisadi xəritəsini dəyişir
ABŞ-ın narazı qaldığı məqam
-
Dövlət Departamentindən “F-16” izahı
“Heç bir müttəfiqimiz Türkiyə qədər öz torpaqlarında terrora məruz qalmır”
-
“F-16”lar üçün yaşıl işıq
Yunan və erməni lobbisinin əziyyətləri özlərinə qaldı
-
Ən azı 20 tanker gözləyir
Gəmilər Türkiyənin ərazi sularında tıxac yaradıb
-
Qardaş yumruğu və mollaların bədbəxtliyi...
Ayətullahlar sovetin qoca Politbüro üzvləri kimi eyni durum, eyni “ssenari” ilə üzləşib
-
Tehran “F-16”ları gördü
Qırıcılarının təlimlərə cəlb edilməsi Əliyevin toxunduğu məqamı aktuallaşdırdı
-
“Dostlara güc, düşmənə qorxu”
Hərbi təlimlər Güney azərbaycanlıları öz haqları uğrunda mübarizəyə həvəsləndirir
-
“Bir gecə, qəfildən ...”
Xarici işlər naziri Çavuşoğludan Yunanıstana sərt reaksiya: “Geri addım atmasa, lazım olanı edəcəyik”
-
524 gəmi, 13 milyon ton taxıl
Almaniyanın məşhur qəzeti Ərdoğanı göylərə qaldırdı ...
-
“Hara getsək arxamızca qaçır”
“Çavuşoğlu Dendiası ələ saldı” başlığını manşet edən yunan mətbuatı Akarın Bakı səfərindən də yazıb
-
“Özünü qorumaq haqqı var”
İsveç baş nazirinin keçmiş millət vəkilinə Türkiyə cavabı
Yunanıstanın Müəmmər Qəddafi dövründə Liviyanın təqdim etdiyi təklifə görə yeni NAVTEX-in limitini təyin etdiyi qeyd edilib. Sərhədin iki ölkə arasındakı orta xəttə qədər uzadıldığını yazan ölkə mətbuatı, Afinanın sözügedən addımla Liviyaya mesaj verməyi ümid etdiyini bildirib. Ötən həftələrdə Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınan Tripoli hökuməti ilə böyük diplomatik böhran yaşayan Yunanıstan danışıqlara yenidən başlamaq üçün xoşməramlılıq nümayiş etdirməyə çalışır, lakin Türkiyənin oktyabrın əvvəlində Tripoli administrasiyası ilə imzaladığı razılaşma Afina üçün təhlükə deməkdir: “Təbii ki, Yunanıstan tərəfi Ankaranın Tripoli hökumətinə təzyiq edəcəyini bilir. Tripoli administrasiyası ikitərəfli razılaşmaya uyğun olaraq Türkiyə Neft Şirkətinə (TPAO) araşdırma icazəsi verib”.
Sözügedən icazənin Tripoli rəhbərliyinin yurisdiksiyasına aid olmadığını müdafiə edən media, Yunanıstanın baş naziri Kiryakos Mitsotakisin Krit ətrafında tədqiqatlara başlamazdan əvvəl ABŞ dövlət katibi Entoni Blinkenlə görüşdüyünü xatırladıb. Qəzet Vaşinqtonun görüş zamanı Afinaya öz dəstəyini təklif etdiyini və “ExxonMobil”in addımlarını sürətləndirdiyini əsas gətirdi.
Medianın yazdığına görə, yeni NAVTEX bəyannaməsi Türkiyənin Liviya razılaşması ilə gücləndirilmiş yeni dəniz sərhədlərinin qəbul edilməyəcəyi anlamına gəlir. Ankara Şərqi Aralıq dənizində dəniz sərhədlərinin materikdən başlayaraq müəyyənləşdirilməsini istədiyi halda, Yunanıstan sərhədlərin Egey dənizindəki adalardan başlamasını tələb edir. Türkiyə Liviya ilə müqavilə bağlayaraq Yunanıstanın tezisini darmadağın edib.
Ankaranın Krit ətrafında elan edilən yeni NAVTEX-ə reaksiya verməsinin gözlənildiyini qeyd edən media Türkiyənin də bölgədə araşdırmalara başlaya biləcəyini yazılan xəbərlərdə xəritə dərc edilib.
Məsələn “To Vima” qəzetinin “Hökumət niyə onu 12 dəniz milinə qədər uzatmaqdan çəkinir?” başlıqlı yazısında Krit probleminin bu dəfə həm Baş Nazirlik, həm də Xarici İşlər Nazirliyi üçün o qədər də sadə görünmədiyi şərh edilib. Sözügedən mövzunun Türkiyə-Liviya razılaşmasından sonra gündəmə gəldiyini xatırladan qəzet qeyd edib ki, Xarici İşlər Nazirliyi Krit ətrafındakı ərazi sularının 12 milə çıxarılması üçün hazırlıq görür, lakin yekun qərar verilməyib.
Yunanıstanın baş naziri Kiryakos Mitsotakis isə son açıqlamasında Türkiyənin heç bir hərəkətini qəbul etməyəcəklərini bildirib. Yunanıstan CNN telekanalı “Mitsotakis: Yunanıstan Türkiyənin etdiyi heç bir şeyi qəbul etməyəcək” başlıqlı xəbərində baş nazirin Ankara ilə münasibətləri son illərdə daha mürəkkəb saydığını yazıb.
Mitsotakis çətinliyin təkcə Yunanıstan üçün deyil, həm də Avropa İttifaqı ilə münasibətlərdə də keçərli olduğunu bildirib.