vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 8 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
REGİON  
14:19 | 4 dekabr 2022 | Bazar Məqaləyə 550 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Əxlaq polisi ləğv edildi

Bəs çadra?

XATİRƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Sentyabrın 13-də İranın paytaxtı Tehranda əxlaq polisi tərəfindən saxlanılan Mahsa Əmininin vəfatından sonra ölkənin bir çox yerində başlayan etirazlar davam edir.

Nümayişlər üçüncü ayına qədəm qoyarkən İrandan diqqətəlayiq bir addım gəldi. “Agence France-Presse” (AFP) xəbər verir ki, İranın Baş prokuroru əxlaq polisinin ləğv edildiyini açıqlayıb.

Digər tərəfdən, İran Milli Təhlükəsizlik Şurası bu günə qədər aralarında təhlükəsizlik qüvvələri də daxil olmaqla 200-dən çox insanın etirazlarda həyatını itirdiyini açıqlayıb.

Norveç mərkəzli İran İnsan Haqları Təşkilatı (IHR) isə noyabrın 29-da dərc etdiyi hesabatda nümayişlərə təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində 448 nəfərin həyatını itirdiyini bildirib.