vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 2 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
MEDİA-QHT  
09:20 | 6 aprel 2014 | Bazar Məqaləyə 1501 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Britaniya nəşriyyatı Putindən qorxdu…

Hüquqşünaslar böhtan iddiasını bəhanə edərək nəşri məqsədəuyğun saymayıblar

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya prezidenti Vladimir Putin hakimiyyətə gələndən sonra öz ölkəsində medianın da, nəşriyyatların da gözünü elə qorxudub ki, onun həm şəxsi həyatı, həm də siyasətə gəlişinin detalları haqda nəsə çap etmək müşkülə dönüb.

Amma indi dünyanın ən nüfuzlu nəşriyyatlarından olan «Cambridge University Press» də Putin haqda kitabın çapından imtina edib.
Sözügedən Britaniya nəşriyyatı amerikalı araşdırmaçı Karen Davişanın (Karen Dawisha) Putinin «cinayətkar əməlləri» haqda kitabını geri qaytarıb və bildirib ki, böhtan ittihamı ilə məhkəmə iddiasının qaldırılmasından ehtiyat edir.
Karen Davişa Rusiya üzrə tanınmış ekspertlərdəndir. Hazırda Miami Universitetinin professorudur.
Nəşriyyatın məhkəmə iddiasından ehtiyatlanması təsadüfi deyil.
Amerikaya baxanda Britaniyada böhtanla bağlı qanunlar daha çox iddiaçılar üçün əlverişlidir.
Davişa deyir ki, kitabında Putin haqda ictimaiyyət üçün açıq mənbələrə istinad edir.
O iddia edir ki, Putin Sankt-Peterburq meriyasında çalışarkən dövlət əmlakını mənimsəyib, korrupsiya əməliyyatlarında iştirak edib. Məsələn, müharibə veteranlarının İspaniyada istirahətinə xərclənəsi pulları mənimsəyib. Putin özünün «KGB»dən olan dostları, həmkarları ilə birgə beləcə, xeyli vəsaitə sahib çıxıb. Ötən əsrin 90-cı illərində onlar həmin pullardan istifadə edərək siyasi nüfuzlarını tədricən artırıblar.
Davişa deyir ki, nəşriyyat kitabın yazılmasına 2011-ci ildə «hə» deyib və o öz araşdırmasını ötən il nəşriyyata yollayıb.

Nəşriyyatın hüquqşünasları 500 səhifəlik kitabı yarım ilə oxuyandan sonra mümkün böhtan iddiasını əsas gətirərək nəşri məqsədəuyğun saymayıblar. Özü də təkcə Putinin yox, kitabda adı çəkilən başqa şəxslərin də məhkəməyə müraciət edə biləcəyini ehtimal edərək.

Davişa deyir ki, onun nəşriyyatdan rədd cavabını ABŞ və Avropa Birliyinin Krımın anneksiyasına görə Rusiyaya sanksiyalar qoyduğu həftə alması ironiya doğuran bir təzaddır.
Çünki həmin sanksiyalar məhz Putinin yaxın çevrəsini hədəfləyir. Həmin adamların çoxunun adı onun kitabında da çəkilir.
Araşdırmaçı deyir ki, nüfuzlu bir nəşriyyatın həmin adamların kimliyini açıqlayan kitabın çapına «yox» deməsi təəssüf doğurur.
«Cambridge University Press»dənsə deyiblər ki, heç zaman Davişa ilə müqavilələri olmayıb. O kitabı başqa nəşriyyatda çap edə bilər.