vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 9 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
CƏMİYYƏT  
12:29 | 9 iyun 2014 | Bazar ertəsi Məqaləyə 2139 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Metropolitendə önəmli dəyişiklik

«Dərnəgül» - «Həzi Aslanov» xətti «28 May» stansiyasından ayrılacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakıda «28 May» metro stansiyasının yaxınlığında tikilməsi nəzərdə tutulan yeni tunel layihəsi artıq təsdiq olunma mərhələsindədir. Bunu «APA-Economics»ə «Bakı Metropoliteni» QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.


Onun sözlərinə görə, hazırda layihədə bəzi detalların dəqiqləşdirilməsi işləri gedir.

Qeyd edək ki, bu layihə ilə bağlı «Akkord-Bouygues» birgə müəssisəsi öz təkliflərini «Bakı Metropoliteni» QSC-yə təqdim edib.

Tikiləcək tunel «Xətai»-«Azadlıq prospekti» xəttini «İçərişəhər» - «Həzi Aslanov» xəttindən ayırmaqla, hər iki marşrutun sərbəst istismarını təşkil etmək etməyi nəzərdə tutur.

Belə ki, bu ayrılmadan sonra «Dərnəgül» metro stansiyasından «Həzi Aslanov» istiqamətində hərəkət edən qatar «Nizami» stansiyasından sonra «28 May» stansiyasına daxil olmayacaq. Qatar «Nizami» stansiyasına az qalmış yeni tunellə «Cəfər Cabbarlı» stansiyasına daxil olacaq, oradan isə «Xətai» stansiyasına gedəcək. Bununla da, daha «28 May» stansiyasında hər iki tərəfə qatar getməyəcək.