vaxtlı-vaxtında oxuyun! Cümə, 3 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
PROBLEM  
13:19 | 10 iyun 2014 | Çərşənbə axşamı Məqaləyə 2734 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Avtobus sürücüləri nəzarətdə

Yol polisi reydlərə başladı

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakı Yol Polisi bu gündən avtobus sürücülərinə qarşı reydlərə başlayır.


Vaxt.az-ın xəbərinə görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov «Trend»-ə bildirib ki, paytaxtda avtobus sürücülərinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin sayının çoxluğu ciddi narahatlıq doğurur. Bu məqsədlə avtobus sürücüləri arasında nizam-intizamın yüksəldilməsi və avtobus sürücülərinin iştirakı ilə yol qəzalarının qarşısının alınması üçün Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, şəhərin bütün küçə və yollarında müxtəlif marşrutlar üzrə hərəkət edən avtobus sürücülərinin sənədlərinin yoxlanılması, onların «Yol hərəkəti haqqında» qanuna riayət etmələri yoxlanılacaq.

V.Əsədov bildirib ki, bununla bağlı artıq xüsusi qrup yaradılıb və reydlərə Bakı yol polisinin bütün şəxsi heyəti cəlb olunub.

Qeyd edək ki, bu ilin 4 ayında Azərbaycanda avtobusların iştirakı ilə 25 yol qəzası qeydə alınıb. Nəticədə 10 nəfər ölüb, 25 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.