vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 2 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
QƏZA, FACİƏ  
21:35 | 10 iyul 2014 | Cümə axşamı Məqaləyə 2729 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qanlı statistika

Bakıda 6 ay ərzində 54 avtobus qəzası olub; yaralananların sayı ölənlərdən 4 dəfə çoxdur

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu ilin ilk 6 ayı ərzində Bakıda ictimai nəqliyyat vasitələri və yük avtomobillərinin iştirakı ilə ümumilikdə 54 yol qəzası qeydə alınıb. Nəticədə 15 nəfər ölüb, 56 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Vaxt.az xəbər verir ki, bunu «Trend»in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.

Bölmə rəisi qeyd edib ki, 2014-cü ilin ilk 6 ayı ərzində ictimai nəqliyyat vasitələrinin iştirakı ilə 27 yol-nəqliyyat baş verib. Nəticədə 5 nəfər ölüb, 29 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb: «Onlardan 2 nəfərin ölümü, 13 nəfərin yaralanması ilə nəticələnən 9 yol-nəqliyyat hadisəsi fiziki şəxslərə, 3 nəfərin ölümü, 16 nəfərin yaralanması ilə nəticələnən 18 yol-nəqliyyat hadisəsi isə hüquqi şəxslərə məxsus avtobusların sürücüləri tərəfindən törədilib».

Onun sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə avtobusların iştirakı ilə qeydə alınan hadisələrin sayı 8 fakt, yaralananların sayı 3 nəfər, həlak olanların sayı isə 1 nəfər azalıb.

V.Əsədov bildirib ki, hesabat dövründə yük avtomobillərinin iştirakı ilə baş vermiş 27 yol-nəqliyyat hadisəsi zamanı 10 nəfər ölüb, 27 nəfər yaralanıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yük avtomobillərinin iştirakı ilə baş vermiş hadisələrin sayı 17 fakt, ölənlərin sayı 4 nəfər, yaralananların sayı isə 14 nəfər azalıb.

Qeyd edək ki, 2014-cü ilin yanvar ayının 1-dən iyul ayının 1-dək Bakı şəhəri üzrə 444 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 139 nəfər həlak olub, 438 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.