vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 2 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
11:37 | 11 iyul 2014 | Cümə Məqaləyə 2875 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nazir rəisləri topladı

Ramil Usubov DİN-də geniş kollegiya iclası başlayıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Daxili İşlər Nazirliyində (DİN) geniş kollegiya iclası keçirilir. APA-nın məlumatına görə, bu gün respublikanın bütün şəhər və rayonları üzrə idarə və bölmə rəisləri nazirliyə toplaşıb.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun sədrliyi ilə keçirilən kollegiya iclası 2014-cü ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunub. Kollegiyada həmçinin cinayətkarlıqla mübarizə, axtarışda olanların tutulması, tədqiqatda olan cinayət işləri ilə də bağlı müzakirələr aparılacaq.


***


Xatırladaq ki, dünən Bakıda xidmətində ciddi nöqsanlara yol verdiyinə görə 14 yol polisi əməkdaşı daxili işlər orqanlarından qovulub. 

Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən «Trend»ə bildiriblər ki, 2014-cü il, yanvar ayının 1-dən iyul ayının 1-dək DİN Bakı Şəhər Baş Polis İdarəsinin DYP İdarəsinin 14 əməkdaşı xidmətdə yol verdiyi ciddi nöqsanlara görə daxili işlər orqanlarından xaric edilib, 6 nəfər sıravi əməkdaş isə tutduğu vəzifədən azad edilib.

Bundan əlavə, daha 2 nəfər öz istəyi ilə işdən çıxıb, 5 nəfər isə yaş həddinə görə təqaüdə göndərilib. 

Bununla yanaşı  Bakı Şəhər DYP İdarəsinin 87 əməkdaşı xidmətini nümunəvi qaydada yerinə yetirdiyinə görə müxtəlif mükafatlara layiq görülüb.