vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 20 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
AMERİKA  
10:25 | 8 avqust 2014 | Cümə Məqaləyə 1708 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Obama vəhhabiləri hədələdi

«Zərurət yaranacağı təqdirdə aviazərbələrin endirilməsinə icazə verdim»

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ prezidenti Barak Obama amerikalılara telemüraciətində İraqdakı terrorçuların mövqelərinə məhdud hava zərbələrinin endiriləcəyini bəyan edib.

Bu barədə APA «RİA Novosti»yə istinadən xəbər verir. «Zərurət yaranacağı təqdirdə aviazərbələrin endirilməsinə icazə verdim» - deyə Obama bildirib və ABŞ-ın yeni müharibəyə sürükləndirilməsinə yol verməyəcəyini qeyd edib. Onun sözlərinə görə, İraqdakı dini azlıqların soyqırımının qarşısının alınması və bu ölkədəki ABŞ vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə zərbələr «İslam Dövləti» qüvvələrinin mövqelərinə endiriləcək.

«İslam Dövləti» qüvvələri yezid xalqının sistemli şəkildə tamamilə məhv ediləcəyini bəyan edib, bu isə soyqırımın törədilə biləcəyindən xəbər verir», deyə Obama qeyd edib. Onun sözlərinə görə, İraq hökuməti qətliamın qarşısını almaq məqsədilə yardım göstərilməsi üçün ABŞ-a müraciət edib.