vaxtlı-vaxtında oxuyun! Cümə, 3 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
CƏMİYYƏT  
19:35 | 8 avqust 2014 | Cümə Məqaləyə 3319 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Prezident sərəncam verdi

Tanınmış dövlət xadiminin 100 illik yubileyi keçiriləcək

MÖVZU İLƏ ƏLAQƏLİ

Prezident İlham Əliyev Sadıq Rəhimovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sənəddə bildirilir ki, 2014-cü ilin sentyabr ayında Azərbaycanın tanınmış dövlət xadimi Sadıq Hacıyarəli oğlu Rəhimovun anadan olmasının 100 illiyi tamam olur.

Sadıq Rəhimov uzun illər dövlət idarəçiliyi sahəsində müxtəlif məsul vəzifələrdə səmərəli xidmətləri və Azərbaycan hökumətinin rəhbəri kimi təqdirəlayiq fəaliyyəti ilə respublikanın ictimai-siyasi həyatına, sosial-iqtisadi inkişafına mühüm töhfələr verib.

Sərəncama əsasən, İqtisadiyyat və Sənaye Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Sadıq Rəhimovun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirməli, Nazirlər Kabineti Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.