vaxtlı-vaxtında oxuyun! Bazar, 5 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
REGİON  
06:10 | 12 noyabr 2016 | Şənbə Məqaləyə 19665 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qızım sizi sevir»

Tramp Ərdoğanı tərifləyib

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp arasındakı telefon danışıqlarının detalları yayılıb.

Vaxt.az xəbər verir ki, Türkiyə mətbuatı danışığın çox səmimi keçdiyini bildirib.

«Axşamınız xeyir. Sizə həqiqətən böyük hörmətim var. Ölkəniz üçün çox yaxşı işlər görmüsünüz» deyərək söhbətə başlayan Tramp daha sonra qızı İvankanın Ərdoğana simpatiya bəslədiyini dilə gətirib: «İvanka da yanımdadır, telefon danışığımızı o təşkil etdi. Sizin böyük tərəfdarınız və heyranınızdır».

Çox yüksək səviyyədə baş tutan telefon söhbətində İŞİD, FETÖ lideri Fətullah Gülən, PYD və Mosul məsələsi müzakirə edilib: «Problemləriniz haqqında məlumatım var. Bu vəziyyəti müzakirə etmək və birlikdə hərəkət etmək lazımdır».

Trampın vəzifəsinin icrasına başladıqdan 3 ay sonra keçiriləcək NATO ölkələri liderlərinin zirvə toplantısında, ABŞ və Türkiyə prezidentlərinin görüşü gözlənilir.