vaxtlı-vaxtında oxuyun! Şənbə, 4 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
MEDİA-QHT  
12:34 | 17 yanvar 2014 | Cümə Məqaləyə 2649 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Nargiz» jurnalistləri əməkdaşlığa dəvət edir

Nəşriyyat evi bu gün media nümayəndələri ilə görüşür

Nərminə VƏLİYEVA

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün «Nargiz» Nəşriyyat Evi jurnalistlər üçün «açıq qapı» günü elan edib. Nəşriyyat Evinin yaydığı məlumata görə, görüşün məqsədi jurnalistləri nəşrin layihələri ilə tanış etmək, həmçinin yeni iş yerləri və əməkdaşlıq şərtləri haqqında danışmaqdır.

Hafta.az xəbər verir ki, «Baku Business Mərkəzi»ndə baş tutacaq təqdimat mətbuat-konfransı formatında keçiriləcək. Görüşdə «Nargiz» Nəşriyyat Evinin nümayəndələri jurnalistlərin problemləri və bu sahədə keyfiyyətin artırılması istiqamətində açıq dialoq keçirməyi planlaşdırırlar. İstedadlı və perspektivli jurnalistlər üçün imkanlar yaratmaq niyyətində olan Nəşriyyat Evi yeni layihələr üçün maksimum sayda media-işçiləri cəlb etmək niyyətindədir. Layihədə digər nəşrlərin və online portalların təcrübəli əməkdaşları ilə yanaşı, məqalələri artıq dərc olunmuş gənc müəlliflər də iştirak edə bilər.
Bir il ərzində Nəşriyyat Evi müəlliflərlə əməkdaşlıq edəcək və onların fəaliyyətini izləyəcək. Sonda isə beş nəfər jurnalist və publisistdən ibarət qrup yaradılması planlaşdırılır. Həmin şəxslər xaricdə təşkil olunacaq treninqlərdə iştirak edə biləcəklər. 
«Nargiz» Nəşriyyat Evi layihəyə CV-lərin qəbulu yanvarın 15-nə qədər həyata keçirib. Bunun üçün jurnalistlər CV və fotolarını [email protected] ünvanına göndərməli və məqalələrinin faylını (və ya saytdan link) göndərməli idi.