vaxtlı-vaxtında oxuyun! Şənbə, 4 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
MEDİA-QHT  
19:01 | 17 yanvar 2014 | Cümə Məqaləyə 2775 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Dəstəyimi əsirgəməyəcəm»

Jurnalistlərə xəyal edəcəkləri imkanlar vəd olunur

MÖVZU İLƏ ƏLAQƏLİ

«Nargis» Nəşriyyat Evi bu gün jurnalistlərlə görüş keçirib. Görüşdə jurnalistlər nəşrin layihələri ilə tanış edilib, həmçinin yeni iş yerləri və əməkdaşlıq şərtləri haqqında məlumat verilib. «Nargis» jurnalının baş redaktoru Ülviyyə Rəhmanova Publika.Az-a açıqlamasında bildirib ki, jurnalistlərə dünyanın tanınmış şəxsiyyətlərindən, yazıçılardan, rəssamlardan və Hollivud ulduzlarından müsahibə almaq imkanı yaradılacaq.

«Bu gün ki, görüşün məqsədi təcrübəli və peşəkar jurnalistlərlə əməkdaşlıq etməkdir. Onlara öz yeni, kreativ ideya, fikir və təkliflərini irəli sürmək şansı verilir. İstedadlı və perspektivli jurnalistlər xaricdə təhsil ala və təşkil olunacaq treninqlərdə iştirak edə biləcəklər. Təhsillərini bitirdikdən sonra biz onları dünyanın tanınmış yazıçıları, rəssamları, hətta Hollivud ulduzları ilə ciddi müsahibələrə göndərəcəyik». 
Ü.Rəhmanova jurnalda arzuladığı insanların müsahibələrinin artıq dərc olunduğunu bildirib. «Maykl Ceksonla müsahibə maraqlı olardı. Əlbəttə ki, bu qeyri-mümkündür. Məsələn, Beyons da ola bilər, niyə də olmasın? Bütün bunlar jurnalistin özündən və əlaqələrindən asılıdır. Təbii ki, onlardan öz dəstəyimi əsirgəməyəcəm, bu cür görüşlərin təşkil olunmasında kömək edəcəm».