vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 9 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
AVROPA  
14:43 | 7 iyul 2022 | Cümə axşamı Məqaləyə 712 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Conson istefa verəcək

Amma payıza qədər baş naziri vəzifəsini davam etdirəcək

MÖVZU İLƏ ƏLAQƏLİ

Böyük Britaniyanın Baş naziri Boris Consonun bu gün, iyulun 7-də istefa verəcəyi gözlənir. Bu barədə Britaniyanın İTV, “Sky News” kanalları, “The Mirror” və “The Sun” qəzetləri məlumat yayıb. BBC kanalı da xəbər verir ki, Baş nazir günorta çıxış edəcək.

Bundan öncə Baş nazirlə onun öz hökuməti faktiki işləməkdən imtina edib. 50-dən çox kabinet üzvü və yüksək vəzifəli məmur istefa verib.

İyulun 5-də Consonun təyin etdiyi Maliyyə naziri Nadhim Zahavi iyulun 7-də səhər saatlarında onu istefaya çağırıb. İyulun 7-də yenə iki gün əvvəl vəzifəyə təyin edilmiş Təhsil naziri Mişel Dounlan da bu postdan imtina edib.

BBC və “The Sun” xəbər verir ki, Conson istefa verdikdən sonra hakim Mühafizəkarlar Partiyasının payızdan əvvəl baş tutacaq rəhbər seçkisinə qədər baş nazir vəzifəsinin icrasını davam etdirəcək.

“YouGov” təşkilatının sorğusuna görə, britaniyalıların 60 faizi hökumətin, 71 faizi isə şəxsən Consonun işini bəyənmir. Sosioloqların sözlərinə görə, Consonun mənsub olduğu Mühafizəkarlar Partiyasının əksər üzvləri onun istefasını tələb edir.

Baş nazirin istefası avtomatik yeni seçkilər demək deyil. Amma müxalifət onu tələb edir. Sorğulara görə, Mühafizəkarlar Partiyası seçkilərdə sarsıdıcı məğlubiyyət ala bilər.