vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
DÜNYA  
14:28 | 2 aprel 2024 | Çərşənbə axşamı Məqaləyə 294 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

NATO-ya qadın başçı

Dünyanın ən güclü hərbi ittifaqına qatı antirusiyaçı, keçmiş SSRİ vətəndaşı rəhbərlik edəcək

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Estoniyanın baş naziri Kaja Kallasın ABŞ, Böyük Britaniya, Fransa və Almaniyanın dəstəyi ilə NATO-nun yeni baş katibi olmağa bir nömrəli namizəd olduğu iddia edilib. “Estonian World” jurnalı yazıb ki, Kallas NATO-nun baş katibi Yens Stoltenberqin varisi olmaqda ABŞ, Böyük Britaniya, Fransa və Almaniyanın dəstəyini qazanıb.

Beynəlxalq mətbuatda Ukraynaya verdiyi güclü dəstəyi və Rusiya ilə bağlı analitik açıqlamaları ilə diqqət çəkən Kallasın NATO-nun növbəti lideri olmasının gündəmdə olduğunu paylaşan jurnal yazır ki, bir müddət əvvəl əsas namizəd olaraq görülən Hollandiya Baş naziri Mark Rutten ölkəsinin zəif müdafiə xərclərinə tənqid edilmişdi. Baş nazirin namizədliyi bu səbəbdən gündəmdən düşmüşdü.

Estoniyanın İctimai Yayım ERR 2023-cü ilin dekabrında ABŞ paytaxtı Vaşinqtondakı təmaslarına istinad edərək bildirib ki, Pentaqon səlahiyyət müddəti gələn il başa çatan Stoltenberqdən sonra Kallasın NATO-nun baş katibi olmaqda maraqlıdır.

Xəbərdə ABŞ-da keçirilən “POLITICO” Müdafiə Sammitində çıxış edən Kallasdan Stoltenberqin səlahiyyət müddəti bitdikdən sonra gələn il NATO-nun növbəti baş katibi olmaqda maraqlı olub-olmayacağı sualına Kallasın “bəli” cavabı verdiyi diqqətə çatdırılıb.

Norveçin keçmiş baş naziri Stoltenberq 2014-cü ildən NATO-nun baş katibi vəzifəsini icra edir və onun səlahiyyət müddəti dörd dəfə uzadılıb.

46 yaşlı hüquqşünas Kallas Ukraynanın Avropadakı ən güclü tərəfdarlarından biri, Avropa Birliyi və NATO daxilində Rusiyanın ən sərt tənqidçilərindən biri kimi seçilir.

Digər məsələlərlə yanaşı, Kallas NATO-ya Rusiya ilə həmsərhəd olan üç Baltikyanı dövlət olan Estoniya, Latviya və Litva üçün daha əhatəli müdafiə planı təqdim etməsini tələb etmişdi.