vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 7 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
OLAY  
14:40 | 11 aprel 2014 | Cümə Məqaləyə 4790 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İlham Mirzəyev həbs olundu

«Space» telekanalındakı «Etiraf» verilişinin teleaparıcısı dələduzluqda şübhəli blinir

MÖVZU İLƏ ƏLAQƏLİ

Vəkil Cavanşir Süleymanov APA-ya açıqlamasında İlham Mirzəyevin Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olduğunu bildirib: «Məndə olan məlumata görə, hazırda idarədədir».

İ. Mirzəyevin vəkili Xanlar Ələkbərzadə isə teleaparıcının saxlanılması barədə məlumatı olmadığını deyib.

APA-nın əldə etdiyi məlumata görə, İ. Mirzəyev rəhbərlik etdiyi klinikanın fəaliyyətində yol verilən qanunsuzluqlarla əlaqədar saxlanılıb.

***

 

14.15

Teleaparıcı İlham Mirzəyev dünən axşam saxlanılıb. ANS PRESS-in məlumatına görə, aparıcı ilə eyni binada yaşayan sakinlər hadisənin dünən axşam saatlarında, onların gözü qarşısında baş verdiyini bildirirlər. Polislər hamının gözünün önündə İlham Mirzəyevi maşına oturdub aparıblar. Onu aparanların Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduğu bildirilir.

Teleaparıcının yaxınları ilə əlaqə saxlamaq mümkün olmayıb. Lakin adının açıqlanmasını istəməyən mənbə, İlham Mirzəyevin bir qadının şikayəti əsasında tutulduğunu bildirib. 

 

***

 

14.04

Tanınmış teleaparıcı İlham Mirzəyevin həbs edilməsi ilə bağlı mediada yayılan xəbər təsdiqləndi. Teleaparıcının yaxın qohumları bu məlumatı Publika.az-a təsdiqləyiblər. Onların dediyinə görə, bu gün İ.Mirzəyev Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. Hazırda onun sözügedən idarədə olduğu bildirilir.

 

***

 

13.50

Tanınmış teleaparıcı İlham Mirzəyevin saxlanıldığı barədə Azadliq.info-ya məlumat daxil olub. Aparıcı ilə eyni binada yaşayan sakinlərdən daxil olan məlumata görə, bir neçə dəqiqə əvvəl polislər onu saxlayaraq aparıblar. Onu saxlayanların DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduğu deyilir. 

Polisin İ.Mirzəyevi niyə narahat edə biləcəyi haqda hər hansı məlumat öyrənmək mümkün olmayıb.

DİN mətbuat xidmətindən teleaparıcının saxlanmasından məlumatsız olduqlarını deyiblər.