vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 2 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
CƏMİYYƏT  
14:36 | 9 sentyabr 2014 | Çərşənbə axşamı Məqaləyə 3036 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Fəttah Heydərov təşəkkür etdi

«Onlar heç bir mübahisəli məsələlərə qoşulmayıb»

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib. Modern.az-ın məlumatına görə, komitənin sədr müavini Fəttah Heydərov komitə üzvlərinə heç bir münaqişə və mübahisəyə qoşulmadan açıq fəaliyyət göstərdikləri üçün təşəkkür edib:

«Bu parlamentin 4 ili geridə qalır. 1 ildən sonra bu parlamentin müddəti başa çatacaq. Bu müddət ərzində istər qanunvericilik, istərsə də digər sahələrdə bizim komitənin üzvləri fəal çalışıb. Onlar heç bir mübahisəli məsələlərə qoşulmayıb və mühüm qərarlar qəbul ediblər. Onların fəaliyyətini mükəmməl adlandırmaq olar. Buna görə komitə üzvlərinin hər birinə dərin təşəkkürümü bildirirəm».


***


Milli Məclisin Regional məsələlər komitəsi payız sessiyası dövründə görəcəyi işlərin siyahısını açıqlayıb. Siyahıya bu layihələr daxil edilib:


- Bələdiyyələrin əraziləri və torpaqları haqqında «Azərbaycan Respublikası qanununa əlavə edilmiş Azərbaycan Respublikasında bələdiyyələrin siyahısında dəyişikliklər edilməsi haqqında”qanun layihəsi

- «Azərbaycan Respublikasının ərazi bölgüsünə qismən dəyişikliklər edilməsi haqqında» qanun layihələri

- «Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» qanun layihələri

- Milli Məclisin 2014-cü il yaz və növbədənkənar sessiyası dövründə görülən işlər barədə komitənin hesabatı

- Komitəyə daxil olan qanun layihələrinin müzakirəsi, onlara rəy və təkliflər hazırlanması

- Komitəyə müvafiq orqanlardan və vətəndaşlardan daxil olan  təkliflərin təhlil və ümumiləşdirilməsi

- Vətəndaşların qəbulu, daxil olan ərizə və şikayətlərə baxılması

- Milli məclisin  2014-cü il payız sessiyası dövründə komitədə görülən işlər barədə hesabatın hazırlanması...