vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 1 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
QARABAĞ  
13:51 | 12 aprel 2016 | Çərşənbə axşamı Məqaləyə 803 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Düşmənin itkiləri artır...

...Daha 16 hərbçidən xəbər yoxdur

MÖVZU İLƏ ƏLAQƏLİ

Helsinki Vətəndaş Assambeyasının Vanadzor ofisi aprelin 2-də başlayan və 4 gün davam edən hərbi əməliyyatlar zamanı Qarabağda Ermənistan silahlı qüvvələrinin 16 hərbçisinin hələ də itkin düşmüş hesab edildiyini açıqlayıb.

Bu haqda təşkilatın yaydığı bəyanatda deyilir.

Bundan əvvəl təmas xəttində cəsədlərin dəyişdirilməsi başa çatandan sonra Ermənistan Müdafiə Nazirliyi elan etdi ki, itkin düşmüş hesab edilən hərbçilərin 1-i istisna olmaqla qalanların taleyinə aydınlıq gətirilib. Lakin Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi itkin düşmüş hərbçilərin ailələrindən, sosial şəbəkələrdən və KİV-lərdən, habelə rəsmi qaynaqlardan topladığı məlumatlar əsasında 16 hərbçinin taleyindən hələ də xəbər olmadığını bildirir.

Təşkilat bəyan edir ki, aprelin 2-də başlayan döyüşlərdə itkin düşmüş hərbçilərin, habelə əsir götürüldüyü təxmin edilən şəxslərin taleyini aydınlaşdırmaq üçün informasiyaların cəmləşdirilməsini davam etdirir. Bəyanatda deyilir ki, hazırda bir çox hərbçilərin ailələri onların taleyindən xəbərsizdir və təşkilat 16 hərbçidən xəbər ala bilmək üçün Azərbaycan Müdafiə Nazirliyinə sorğu göndərib.