Proqnozu sorğular yox, pul həll edir
Milyarderlər Donald Trampa vəsait xərcləmək istəmir
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“İqtisadiyyatlar ksenofobiya səbəbindən durğunlaşır”
Bayden deyir ki, Hindistan, Yaponiya, Çin və Rusiya immiqrantları istəmir
-
Oğurluqda günahlandırılır
Süni intellektə qarşı müəllif hüquqları iddiası qaldırılıb
-
6.5 milyard dollarlıq vəd
“Johnson & Johnson” anlaşma təklif edir
-
“İki dövlət həlli artıq çox çətindir”
Tramp “Time”a danışıb: “Nəticə ala bilməsələr, digər ordu birləşmələrini işə salacağam”
-
“Zombi maral xəstəliyi” epidemiyası
ABŞ-nin 50 ştatının 33-də müşahidə olunan virus insana yoluxurmu?
-
Reseptlə satılacaq
ABŞ-də tarixi “marixuana” hazırlığı
-
3,4 milyard dollarlıq təlatüm
Keçən il 60 yaşdan yuxarı 100 mindən artıq ABŞ vətəndaşı fırıldağın qurbanı olub
-
Seçkiqabağı sorğu həyəcanı
Tramp və Bayden arasındakı uçurum dərinləşir
-
2027-ci il kabusuna hazırlıq
Böyük müharibədən əvvəl qızıl tədarükü – Çin 17 ayda rekord qırdı
-
“ABŞ-la vaxtaşırı görüşürük”
Əsəd: “Heç bir nəticə olmayacağını bilsək belə, cəhd edəcəyik”
-
Nyu-Yorkda siçovul böhranı
Leptospiroz xəstəliyinə yoluxanların sayında ciddi artım var
-
Nüvə müharibəsinə hazırlıq qızışır
ABŞ yeni döyüş başlığının istehsalına başlayır
-
Çinə qarşı kiber hücum ittihamı
Hakerlər ABŞ-ı susuz və enerjisiz qoymağa çalışıblar
-
95 milyard dollarlıq yardım
ABŞ Ukrayna, İsrail və Tayvana fantastik məbləğ ayırdı
-
Təyyarəsi yenə xarab oldu
NATO toplantısına maşınla getdi
-
Amerika seçicisi balans istəyir
Sorğuda respondentlərin əksəriyyəti “dünya siyasətinə daha az qarışılmasına” tərəfdardır
«The İndependent» qəzetində Brayn Kranston yazır ki, ABŞ-da bir çox seçicilər seçkidə kimin qalib gələcəyini bilmək üçün rəy sorğularını izləyirlər.
Lakin müəllif bildirir ki, son 10 il ərzində rəy sorğuları seçki nəticələrini doğru müəyyən edə bilməyib.
Kranston yada salır ki, 2012-ci ilin prezident seçkisi ərəfəsində «Qallup» və «Rasmussen» kimi mötəbər sorğu şirkətləri qələbə proqnozunu Mit Rumniyə vermişdilər, lakin seçkini Barak Obama uddu.
Cranstonun fikrincə seçki nəticələrini proqnozlaşdırmağın bir köhnə və etibarlı üsulu var: Sadəcə olaraq pulu izləmək lazımdır.
Məqalədə deyilir ki, sentyabrın 21-ə olan məlumata görə, Hillari Klintonun seçki kampaniyası 516 milyon dollar toplayıb. Bura onun partiyasının səfərbər etdiyi donorlardan alınan (bu pulu super PAC də adlandırırlar) pullar da daxildir. Lakin Donald Trampın partiya dəstəyi ilə topladığı pul 40 milyon dollar təşkil edib.
Müəllif yazır ki, seçkinin nəticəsini müəyyən etmək üçün fondtoplama düzgün göstərici sayılmaya da bilər. Məsələn Trampın rəqibi qədər pul toplamasına ehtiyacı yoxdur. O bir bəyanat verən kimi bütün mətbuat bundan yazır və beləliklə Trampı pulsuz olaraq reklam edirlər. Bu mənada ona baxanda Hillari Klinton elə də maraqlı obraz deyil.
Lakin proqnoz üçün ən yaxşısı partiyanın öz namizədi üçün topladığı pul deyil. Məsələn 2012-ci ildə respublikaçıların Mit Rumni üçün topladıqları vəsait demokratların Obamaya yığdıqların çox idi.
İndiki seçkidə hər iki partiyadan namizədlər üçün gələn pulların miqdarı aşağı düşüb. Lakin respublikaçılardan gələn pullar 2012-ci ildən bu yana fantastik dərəcədə - 95 faiz azalıb!
«Bloomberg»in verdiyi məlumata görə dörd əsas «super-PAC» bu kampaniyada Klintona 158 milyon dollar, Trampa isə cəmi 10 dəfə az - 16 milyon dollar verib.
«Bəs respublikaçıların donorları harada qalıblar?» - deyə açıqlamanın müəllif sual edir.
Məqalədə bu xüsusda sadə bir müqayisə aparılır. Məsələn 2012-ci ildə Las Veqas milyarderi Şeldon Adelson Obamanı uduzdurmaq üçün 150 milyon dollarından keçsə də, amma bu seçkidə həmin Adelson Trampa cəmi 500 min dollar verib.
«The İndependent» yazır ki, adamlar pullarını adətən dəstəklədikləri namizədin qələbəsi üçün ianə edirlər. Belə çıxır ki, 2016-cı ildə respublikaçıların donorları Trampın qələbə qazana biləcəyinə inanmırlar.
Bu da qeyd olunur ki, Tramp öz kampaniyasına öz pulundan 50 milyon dollar xərcləyib, amma bu, nə puldur ki? 1992-ci ildə Texas milyarderi öz kampaniyasına 60 milyon xərcləyib yarışda yalnız üçüncü ola bilmişdi.
«The İndependent» yazır ki, pullardan yalnız fondtoplama üçün istifadə olunmur. Kampaniyaçıların maaşları da bu pullardan verilir. Hazırda xanım Klintonun maaşlı kampaniyaçılarının sayı Trampın kampaniyaçılarından üç dəfə çoxdur.
Müəllif qeyd edir ki, ən yaxşı proqnozu seçici dəstəyi yox, pul verir. Pul məsələsində isə Trampın işləri o qədər də yaxşı deyil. (BBC)