vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 2 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
CƏMİYYƏT  
18:33 | 9 yanvar 2017 | Bazar ertəsi Məqaləyə 2471 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dəyişiklik tıxacın qarşısını almadı

«Beşmərtəbə»də avtomobillərin hərəkəti köhnə qaydaya qaytarıldı

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtın «Beşmərtəbə» kimi tanınan ərazisindəki yol nişanının dəyişdirilməsi ilə bağlı məlumatlara aydınlıq gətirib.

Məsələ ilə bağlı «Trend»ə açıqlama verən İdarənin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, həmin ərazidə yol hərəkəti xronometraj xarakterli dəyişdirildiyindən yanvarın 9-dan əvvəlki qaydaya qaytarılıb:

«Həmin ərazidə pik saatlarında yaranan sıxlığın qarşısını almaq üçün hərəkətdə dəyişiklik edilərək xronometraj aparıldı. Yəni, Azərbaycan prospekti ilə hərəkət edən avtomobillərə «Beşmərtəbə» dairəsinə daxil olarkən üstünlük verildi. C.Cabbarlı küçəsi ilə «Beşmərtəbə» dairəsi üzrə hərəkət edən avtomobillər «Dayanmadan keçmək qadağandır» yol nişanının tələbinə uyğun hərəkət etməli idi. Son bir neçə gündə aparılan müşahidələr göstərdi ki, bu dəyişiklik ərazidəki tıxacı aradan qaldırmır, ona görə də hərəkət yanvarın 9-dan əvvəlki qaydaya qaytarıldı».

Hazırda ərazidə hərəkət əvvəl nəzərdə tutulduğu kimi təşkil edilib.