vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 30 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
QARABAĞ  
23:59 | 5 avqust 2014 | Çərşənbə axşamı Məqaləyə 2953 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qareginin qara günü

Erməni katolikosu Allahşükür Paşazadəyə məktub ünvanlayıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Bütün ermənilərin katolikosu II Qaregin avqustun 5-də Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) Şeyxülislam Hacı Allahşükür Paşazadəyə məktub ünvanlayıb.

APA-nın «Novosti-Armeniya»ya istinadən verdiyi xəbərə görə, Qaregin məktubda Allahşükür Paşazadəni qoşunların təmas xəttində atəşkəs rejiminin qorunub saxlanılması üçün səy göstərməyə çağırıb.

Katolikos qeyd edib ki, atəşkəsin pozulması zəif,  lakin baha başa gələn sülhə ciddi təhlükə yaradır.

«Biz hərbçilərin ölümü və sərhədyanı əhalinin dinc həyatının pozulması ilə müşayiət olunan gərgin vəziyyətdən çox narahatıq. İnsan həyatı müqəddəsdir, həyata olan haqq da müqəddəsdir və insan həyatına edilən təxribatlar yolverilməzdir.  Hərbi əməliyyatlar Qarabağ münaqişəsinin beynəlxalq normalara əsaslanan dinc, danışıqlar yolu ilə həllinin alternativi ola bilməz», deyə məktubda bildirilir.