vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 2 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
CƏMİYYƏT  
18:36 | 10 fevral 2017 | Cümə Məqaləyə 2106 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Poçtların çoxu bağlanacaq

«Şəbəkə»də 100-dən çox xidmət mövcuddur

MÖVZU İLƏ ƏLAQƏLİ

«Şəbəkə» xidmət mərkəzlərinin konsepsiyası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və onun qurumlarının bütün xidmətlərinin bir mərkəzdə cəmlənməsidir.

APA xəbər verir ki, bunu «Şəbəkə» xidmətinin koordinatoru Ceyhun Əliyev deyib.

C.Əliyevin sözlərinə görə, mərkəzin Bakı şəhərində 10-a yaxın ofisinin açılması planlaşdırılır və gələcəkdə bölgələrdə də bu cür ofislərin açılması nəzərdə tutulub.

«Vətəndaşlarımız bir mərkəzdən rabitə və rabitə ilə bağlı bütün xidmətlərdən yararlana biləcəklər. Vətəndaşlarımız bir mərkəzə yaxınlaşmaqla maliyyə, telekommunikasiya xidmətlərindən, eləcə də poçt göndərişlərindən yararlana biləcəklər.

Yaxın gələcəkdə Binəqədi, Yasamal, Xəzər rayonu da daxil olmaqla, Bakı şəhərində 10 belə mərkəz fəaliyyətə başlayacaq», - deyə C.Əliyev bildirib.

Bundan başqa, C.Əliyev əlavə edib ki, «Şəbəkə» mərkəzləri bütün poçt xidmətlərini özündə cəmləşdirdiyi üçün bu mərkəzin fəaliyyət göstərdiyi ərazidə artıq poçtlar fəaliyyət göstərməyəcək: «Yaxınlıqda olan bütün poçt əməkdaşları «Şəbəkə» mərkəzlərində çalışacaqlar. Bakı şəhərində qeydiyyat fərqi olmadan istənilən «Şəbəkə» xidmətinə yaxınlaşıb rabitə və poçt xidmətlərindən yararlanmaq mümkündür. Burada 100-dən çox xidmət mövcuddur».