vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
OLAY  
20:49 | 2 mart 2017 | Cümə axşamı Məqaləyə 2724 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ramin Quluzadə təftişə başladı

Nəqliyyat sektorunda yoxlamalar; Ziya Məmmədovun kardlarına son xəbərdarlıq

Pərvin ARZUQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirildikdən sonra qurumun fəaliyyəti yoxlanılır. Belə yoxlamalardan biri də keçmiş Nəqliyyat Nazirliyinə tabe Dövlət Avtomobil Nəqliyyatı Xidmətində və Bakı Beynəlxalq Avtovağzalında da aparılıb. Modern.az-ın əldə etdiyi məlumata görə, bu günlərdə Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə keçmiş Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətində olub.

Etibarlı mənbə bildirir ki, nazir xidmətin fəaliyyət istiqamətləri ilə bağlı detallı hesabat tələb edib. Hətta artıq xidmətin bütün qurumlarında öz adamlarını da yerləşdirib.

Əldə etdiyimiz məlumata görə dünən R.Quluzadə Bakı Beynəlxalq Avtovağzalında da olub. Yeni nazir avtovağzalın bütün ərazisini gəzib. Avtobuslar, sərnişindaşıma və xidmət sahələri ilə bağlı nöqsanları görən nazir çatışmazlıqları tənqid edib.

Bildirilir ki, R.Quluzadə cavabdeh şəxslər qarşısında şərt qoyub: ya sərnişindaşımada keyfiyyətli xidmət, səliqə-səhman yaradılmalıdır, ya da işinin öhdəsindən gələ bilməyənlər vəzifələri ilə vidalaşmalıdır. 

Məlumata görə, bu tipli yoxlamalar keçmiş Nəqliyyat Nazirliyinə tabe digər qurumlarda da aparılacaq.