vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 30 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
REGİON  
21:44 | 29 aprel 2018 | Bazar Məqaləyə 1681 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Nəticəsini sabah açıqlayacam”

Paşinyan Sərkisyanın partiyası ilə danışıqlar aparır

MÖVZU İLƏ ƏLAQƏLİ

Nikol Paşinyan bu gün bütün parlament fraksiyaları, o cümlədən Respublikaçılar Partiyası fraksiyası ilə görüşlər keçirib. Mitinqdəki çıxışında Paşinyan bildirib ki, günün sonunda “sizin baş nazir postuna namizədinizin təminat alması” barədə məlumat verə biləcək.

Paşinyan qeyd edib ki, sabah vətəndaş itaətsizliyi aksiyalarına fasilə veriləcək. “Respublikaçı deputatları bu andan etibarən telefonla əlaqə yaratmağı kəsməyə və şərtlər irəli sürməyi dayandırmağa çağırıram. İlkin razılığa görə, sabah onlarla baş nazir postuna namizəd qismində görüşəcəyim ki, gündəliyin son variantını müzakirə edək”, - müxalifətin lideri deyib.

Sabah saat 17:00-da Paşinyan “Qaregin Njde” meydanında olacaq. “Buradan biz Respublika meydanına gedəcəyik və mən sizə danışıqların nəticələri barədə danışacağam. Bundan sonra necə hərəkət edəcəyimiz haqqında qərar verəcəyik”. O deyib ki, mayın 1-də saat 8:00-da Respublika meydanında toplaşırıq. “Mən baş nazir kimi məsuliyyəti öz üzərimə götürə bilərəm, çünki Ermənistana, erməni xalqına və Artsaxa xidmət edirəm”, - Paşinyan bildirib.

 

***

 

19:32

İrəvanın mərkəzindəki Respublika meydanında Nikol Paşinyanın rəhbərliyi altında izdihamlı mitinq başlayıb.

Virtualaz.org RİA “Novosti”yə istinadən xəbər verir ki, mitinqə toplaşanlar əllərində Ermənistan dövlət bayraqlarını dalğalandırırlar.

Mitinqdə polis əməkdaşlarının çox olmadığı və onların, sadəcə olaraq, baş verənləri müşahidə etdikləri bildirilir.