vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 30 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
REGİON  
11:25 | 30 aprel 2018 | Bazar ertəsi Məqaləyə 1806 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Paşinyana 53 səs lazımdır

“Xalqın nümayəndəsi” Ermənistanın baş naziri postuna yeganə namizəd oldu

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistan parlamenti “Çıxış” fraksiyası Nikol Paşinyanın baş nazirliyə namizədliyini irəli sürüb. Modern.az xəbər verir ki, bu barədə fraksiyanın deputatlarından biri Edmon Marukyan öz “Facebook” hesabında məlumat yerləşdirib.

Hakim “Respublika” partiyasının fraksiya rəhbəri Vaqram Baqdasaryan digər qüvvələr vahid namizədlə çıxış edərsə buna maneə törətməyəcəyini bildirib. Hakim partiya mayın 1-də keçiriləcək seçkilərdə namizəd irəli sürməyəcəklərini bildirib.

“Daşnaksütyun” Paşinyanın namizədliyini irəli sürməyi planlaşdırır, “Sarukyan Fraksiyası isə “xalqın namizədi”ni dəstəklədiyini bildirib.

Xatırladaq ki, etirazçıların lideri Nikol Paşinyan dünən keçirdiyi mitinqdə aprelin 30-da parlament qüvvələri ilə görüşlər keçirəcəyini bildirib.

Paşinyanın həmçinin hakim “Respublika” partiyası ilə də görüş keçirəcək.

O görüşlərdən sonra “xalqın nümayəndəsinin”, yəni özünün baş nazir seçiləcəyinə zəmanət aldığını xalqa çatdıra biləcəyini qeyd edib.

Qeyd edək ki, parlamentdə “Respublikaçılar”ın 58, “Tsarukyan” fraksiyasının 31, “Çıxış” fraksiyasının 9, “Daşnaksütyun”un isə 7 mandatı var. Baş nazirin seçilməsi üçün isə 53 səs lazımdır.