“Paşinyanı öldürə bilərlər...”
Ermənistanda baş nazir davası qızışıb, İrəvanda genişmiqyaslı aksiyalar davam edir
Analitik xidməti
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Yenilməz batareya” məhv oldu
Ukrayna ordusu Krımdakı “S-400”lərin birini vurub
-
“Özünü müdafiə hüququ çərçivəsindədir”
NATO Ukraynanın Rusiya ərazisini bombalamağa yaşıl işıq yandırıb
-
95 milyard dollarlıq yardım
ABŞ Ukrayna, İsrail və Tayvana fantastik məbləğ ayırdı
-
“NATO həmişəkindən daha güclüdür”
“Ukrayna müharibəsi təhlükəsizliyin regional deyil, qlobal olduğunu göstərdi”
-
Ukraynada çağırış yaşı aşağı salındı
Zelenski uzun müddətdir yubatdığı qanunu imzaladı
-
“Kerç partlayacaq”
Ukrayna müharibədə bütün balanslar dəyişməyə qərarlıdır
-
“Rusiya gələcəyini Pekinə girov qoyub”
Yens Stoltenberq: “Ukraynanın yeganə dəstəkçisi ABŞ deyil”
-
ABŞ terrordan qabaq işarə vermişdi
Putin qeyri-qanuni miqrasiyaya qarşı təhlükəsizlik tədbirlərinin artırılmasını əmr edib
-
Dezinformasiya yayanlara sanksiya
Fransa XİN Rusiya şirkətlərini hədələdi
-
Rusiya ordusunda kritik dəyişiklik
Hərbi Dəniz Qüvvələrinə və Qara Dəniz Donanmasına iki təyinat
-
Tanekoya PUA zərbələri
Ukrayna Rusiyanın əsas neft emalı zavodunu vurdu
-
Rusiyaya PUA hücumu
“Shaded-136”lar istehsal olunan zavodda partlayış baş verib
-
150 minlik ordu
Rusiyada növbəti səfərbərlik üçün yaş həddi artırıldı
-
“Qətliam olacaq”
“85 il əvvəl 200 min rus əsgərini öldürmüşdük”
-
“Havana sindromu” – sirr pərdəsi aralanır
Dünyanın səbirsizliklə gözlədiyi hesabat dərc olundu
-
Ölkə sazişlə qorunmur
Ukraynaya təhlükəsizlik təminatı verə bilməyən Qərb Ermənistana vəd verir
Gözlənilən ssenari oldu. Dünən - mayın 1-də Ermənistan parlamenti keçirdiyi xüsusi iclasda baş naziri seçə bilmədi. Parlament faktiki qarşıdurma yolu tutdu. “Yelk” (“Çıxış”) deputat blokundan baş nazirliyə yeganə namizəd Nikol Paşinyanın namizədliyi dəstəklənmədi. Bununla da parlamenti qarşıdurma yolunu tutmuş oldu. Ölkədə ikihakimiyyətlilik sona yetmək əvəzinə, daha qəliz mərhələsinə girdi.
Paşinyanın baş nazi seçilməsi üçün 53 deputat səsi kifayət idi. “Çıxış”, “Tsarukyan” blokları və daşnakların hesabına onun 46-47 səsi təmin olunmuşdu. Daha 6-7 səs isə hakim respublikaçılar partiyasından lazım idi.
***
Səsvermədən öncə “rəngsiz” inqilabın lideri N.Paşinyan parlamentdə çıxış edib. O, ölkənin qarşısında duran əsas problemlərlə bağlı mövqeyini açıqlayıb. Öncə bildirib ki, eks-prezidentlər - Robert Köçəryan və Serj Sərkisyan deputatlara ona səs verməməsi üçün təzyiq edir. Daha sonra Paşinyana müxtəlif səpkili suallar ünvanlanıb.
O, Ermənistanın yeni hakimiyyətinin xarici siyasətdə dəyişikliklər etmək niyyətində olmadığını söyləyib: “Ermənistan mənim baş nazirliyim dönəmində də Avrasiya Birliyi və KTMT-nin üzvü olaraq qalacaq. Bu, təkcə bir nəfərin yox, ümummilli hərəkatın məntiqi mövqeyidir. Rusiya Ermənistanın strateji tərəfdaşıdır və ümumxalq hərəkatı Ermənistan-Rusiya münasibətlərinə təhdid yaratmır. Biz Avropa Birliyi və üzvləri ilə münasibətləri dərinləşdirəcək, AB ilə viza rejiminin liberalizasiyasına çalışacağıq. ABŞ-la dostluq münasibətlərinin yeni stimula ehtiyacı var. Çinlə münasibətləri inkişaf etdirəcəyik və hesab edirik ki, bu istiqamət çox vacibdir”.
Paşinyan həmçinin saxta “erməni soyqırımı”nın dünyada tanıdılmasının ondan ötrü prioritet olacağını vəd edib. Dağlıq Qarabağ münaqişəsinə gəlincə, o, heç bir kompromisə getməyəcəyini deyib və hakimiyyətdən saldığı Ser Sərkisyanın radikal mövqeyini təkrarlayaraq əlavə edib: “Qarabağ konfliktinin beynəlxalq hüquq əsasında sülh yoluyla həlli çox vacibdir. Əsas məsələ Qarabağ xalqının öz taleyini müəyyən etmək hüququnun beynəlxalq aləm tərəfindən tanınmasıdır. Qarabağın tanınması bizim mübarizə aparacağımız əsas xarici məsələlərdən biri olacaq. Münaqişənin həllinin kökündə xalqların bərabər hüquqlara malik olması və öz müqəddəratını təyin etməsi dayanmalıdır. Dağlıq Qarabağın beynəlxalq səviyyədə tanınmasına yeni impuls verilməlidir. Əgər Azərbaycan bəyan edəcəksə ki, Dağlıq Qarabağ xalqının (Paşinyan ”artsax" sözü işlədib - red.) öz müqəddəratını təyin etmə haqqını tanımağa hazırdır, o zaman münaqişənin kompromis həlli barədə danışmaq olar".
Bu yerdə zəruri bir qeyd edək: belə mövqe bəri başdan Bakı ilə danışıqlar qapısını bağlamaq deməkdir. Çünki Azərbaycan dəfələrlə öz prezidentinin dilindən, ən yüksək səviyyədə bəyan edib ki, öz ərazisində ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcək, bunu gözləyənlər boşuna gözləyir. Eyni zamanda Bakı Dağlıq Qarabağ ermənilərinə ən yüksək muxtariyyət statusu verməyə hazır olduğunu bildirib. Yəni Paşinyan əslində Azərbaycan qarşısında heç vaxt reallaşmayacaq absurd, sarsaq bir şərt qoyub. Onun sələfləri də belə şərtlər qoyurdular. Nəticə, yəni Ermənistanın acınacaqlı durumu ortadadır...
“Zəmanət verirəm ki, baş nazir olacağım təqdirdə günü sabahdan Ermənistanda monopoliya olmayacaq, heç kimə idxalat üçün qadağa qoyulmayacaq. Yeni qanunlar tətbiq etməyəcəyik, sadəcə, qeyri-qanuni qadağaları ortadan götürəcəyik. Diaspordakı minlərlə erməni Ermənistandakı vəziyyətin düzəlməsini gözləyir. Şübhə yox ki, milyonlarla erməni Ermənistana qayıdacaq və milyardlarla investisiya gətirəcək. Bu da təhlükəsizlik səviyyəsini, müdafiə qabiliyyətini artıracaq, Qarabağ konfliktinin ermənilərin xeyrinə həlli üçün imkanlar yaradacaq” - bunu da Paşinyan parlamentdə deyib.
Ardınca başqa deputatlar çıxış ediblər. Parlamentin iclası İrəvanın mərkəzində və parlament binası önündə izdihamlı mitinqlərlə müşayiət olunub.
***
Maraqlıdır ki, parlamentin iclası ərəfəsində hakim Respublika Partiyasının seçkiyə mane olmayacağı barədə fraksiya bəyanat yaymışdı. Lakin müzakirələrin sonunda, səsvermə öncəsi bəlli olub ki, hakim partiya Nikol Paşinyanın baş nazir olmasını istəmir.
“Nikol Paşinyan baş nazir ola bilməz. Onun Qarabağ üzrə danışıqlar prosesində heç bir konsepsiyası yoxdur. Müdafiə büdcəsini necə artıracağı ilə bağlı məsələ üzrə heç bir cavab verə bilmir”. Bunu Ermənistan parlamentinin vitse-spikeri, hakim partiyanın katibi Eduard Şarmazanov deyib. “Heç kim sosial problemlərdən üz çevirmir. Korrupsiya da var, digər problemlər də. Baş nazir kim olursa- olsun, ultimatumlarla danışmaq olmaz, qarşılıqlı addımlar atılmalıdır”, - o əlavə edib. Şarmazanov qeyd edib ki, Paşinyan ehtimal edilən hökumətində vacib postlara, o cümlədən baş nazirin müavinləri və müdafiə naziri postlarına namizədlərin adlarını çəkməyib.
Beləcə, dünən Paşinyan baş nazir ola bilməyib. Siyasi analitiklərə görə, ümumiyyətlə, baş nazir Paşinyan olsa belə, o, indiki tərkibdə parlamentlə işləyə bilməyəcək.
***
Rusiyalı tanınmış analitik və tarixmi-alim Oleq Kuznetsov Paşinyanın baş nazir olacağına şübhə etməyənlərdən idi. Analitik bu xüsusda deyib: “Əgər onu öldürməsələr, baş nazir o olacaq. Hansı sui-qəsdi ki, variantı ki, Ermənistanı ən yeni tarixini və hakimiyyət uğrunda qanlı və qaranlıq savaşın nüanslarını nəzərə alsaq, istisna eləmək olmaz” (Xatırladaq ki, 1999-cu ilin oktyabrın 27-də Ermənistan parlamenti Kremlin rüsxəti ilə gülləbaran edilib və ovaxtkı baş nazir Vazgen Sərkisyan və spiker Karen Dəmirçyan da daxil 8 nəfər öldürülüb. Həmin olaydan iki ay sonra - dekabrda, ATƏT-in İstanbul sammiti çərçivəsində Bakı və İrəvan arasında Qarabağa dair ilk anlaşma sənədinin imzalanması gözlənilirdi).
“Biz hamımız Ermənistanda siyasi rejim dəyişikliyinin şahidi olmaqdayıq. Ümid var ki, artıq keçmişə çevrilən beynəlxalq terrorçuların rəhbərləri və havadarlarının yerinə bu ölkədə hakimiyyətə daha proqressiv və liberal düşünən adamlar gələcək və öz siyasətlərində müasir dünyanın reallıqlarını rəhbər tutacaqlar, nəinki keçmişin uydurma ideologiyalarını”, - deyə politoloq əlavə edib.
***
Lakin Paşinyanın baş nazirliyi ilə bağlı skeptik mövqedə olanlar da var.
“Rusiya Paşinyana inanmır. Putinin özü də Ermənistanın Rusiyanın təsir dairəsindən çıxa biləcəyindən ehtiyatlanır. Buna görə də mövcud taktikalardan ən başlıcası baş nazir seçkisini pozmaq, parlamentdə kvorumun əldə olunmasına imkan verməmək idi”. Bunu politoloq Qabil Hüseynli telegraf.com-a bildirib.
Onun fikrincə, artıq Paşinyanın timsalında həm Rusiya, həm də bölgə üçün davakar bir insanın peyda olduğuna dair fikirlər yayılmaqdadır: “Rusiya bundan çəkinir. Açıq demək lazımdır ki, biz özümüz də bu məsələdə ehtiyatlı olmaq məcburiyyətindəyik... Hər halda Ermənistan özünün çox ziddiyyətli və qarşıdurmalarla dolu bir mərhələsinə daxil olur. Hətta Paşinyan baş nazir seçiləcəyi təqdirdə belə, Ermənistanda ən azı bir neçə aya sabitliyin baş tutacağını gözləmək mümkün deyil”.