vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
QALMAQAL  
12:27 | 20 fevral 2014 | Cümə axşamı Məqaləyə 2928 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Casus davası böyüyür

Elman Türkoğlu Əli Kərimli ilə Xədicə İsmayılovanı məhkəməyə verir

MÖVZU İLƏ ƏLAQƏLİ

Adı MTN-ə agentlikdə hallandırılan bayraqdar Elman Türkoğlu jurnalist Xədicə İsmayılovanı, AXCP sədri Əli Kərimlini və AXCP-nin mətbuat xidmətinin rəhbəri Natiq Ədilovu məhkəməyə verəcək.

«Qafqazinfo» xəbər verir ki, bayraqdar bu addımı X. İsmayılovanın bir neçə gün əvvəl facebookda Türkoğlunun MTN-lə əməkdaşlıq etməsi barədə yaydığı sənədə görə atdığını bildirib: «Bu saxta sənədi Xədicə İsmayılova 2010-cu ildə Əli Kərimlinin kabinetində hazırlayıb».

E. Terkoğlu həmçinin X. İsmayılovaya açıq məktub da yazıb: «Mən ömrüm boyu heç bir qadının qəlbinə dəyməmişəm və bundan sonra da dəyməyəcəyəm. Qadınları biz kişilərin başının tacı sanmışam. Amma bu gün sənə qarşı hörmətim azalıb. Üç il bundan əvvəl saxta bir sənəd hazırladınız ki, guya mən MTN-in agentiyəm, MTN hər ay mənə 600 manat maaş verir. Siz məhkəmədə mənə sübut etməlisiniz ki, MTN-in agent olmuşam».