vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
GÜNDƏM  
13:13 | 15 noyabr 2022 | Çərşənbə axşamı Məqaləyə 466 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

UNESCO Fransanın siyasətini icra edir

Azule yanaşmalarının əsasını Parisin qarayaxma kampaniyası təşkil edir

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyətini dayandırıb və bununla bağlı YUNESKO-nun baş direktoru, Fransanın keçmiş mədəniyyət naziri Odri Azuleyə məktub göndərib. Bu barədə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının bəyanatında deyilir.

Mehriban Əliyevanın qərarı, diplomatik dillə desək, UNESCO-nun xüsusilə son illərdə Azərbaycana qarşı nümayiş etdirdiyi ikitərəfli yanaşmaya bir növ etirazdır.

Artıq bəllidir ki, UNESCO ilə əlaqələrin inkişafına, təşkilatın dəyərlərinin təbliği istiqamətində səylərə, bir sıra ölkələrdə mədəni irsin qorunmasına dəstək göstərilməsinə baxmayaraq, UNESCO Azərbaycanın çağırışlarına cavab verməyib. Ermənistanın işğal etdiyi ərazilərdə törətdiyi cinayətlər barədə mütəmadi olaraq UNESCO-ya məlumat verilməsinə baxmayaraq, son 30 il ərzində sözügedən beynəlxalq təşkilat Azərbaycanın mədəni irsinə dəyən zərərin qiymətləndirilməsi üçün missiya göndərməyib. Bəyanatda qeyd olunur ki, Azərbaycana qarşı birtərəfli mövqe nümayiş etdirən səbəblər arasında fransız əsilli təşkilatın baş direktorunun olması da istisna edilmir.

Eyni zamanda, qurumun bəyanatında deyilir ki, hələ 2005-ci ildə baş direktor Koişiro Maatsuranın rəhbərliyi ilə UNESCO missiyanın göndərilməsinə mane olan səbəb kimi Azərbaycanın çağırışını, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını göstərib. “Təşkilatın əvvəlki direktorlarının bu və digər qismən ədalətli mövqelərinə, UNESCO-nun prinsiplərinə hörmət etmələrinə baxmayaraq, ehtimal olunur ki, Odri Azulenin yanaşmalarının əsasında Fransanın Azərbaycana qarşı apardığı qarayaxma kampaniyası və onun Bakıya qarşı mübahisəli mövqeyi dayanır”, – sənəddə vurğulanır.