vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
SƏNAYE - AĞIR, YÜNGÜL, AQRAR  
15:50 | 9 iyul 2014 | Çərşənbə Məqaləyə 2666 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İrandan təhlükə

Sərhədimizə yaxın əyalətlərdə «Nodulyar dermatit» yayılıb

MÖVZU İLƏ ƏLAQƏLİ

İranla sərhəd ərazilərdən Azərbaycana, mal-qara arasında «Nodulyar dermatit» xəstəliyinin yayılma ehtimalı var. Bu barədə Movqe.az-a Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat katibi Yolçu Xanvəli məlumat verib. Y. Xanvəli deyib ki, hələ ki, İranla, eləcə də Türkiyə ilə həmsərhəd olan bölgələrimizdə «Nodulyar dermatit» xəstəliyi qeydə alınmayıb.


Amma bununla belə Y. Xanvəli belə bir təhlükənin gözlənilən olduğunu, İranla həmsərhəd ərazilərdə mal-qara saxlayan şəxslərin profilaktik tədbirlər görməsinin zəruri olduğunu bildirib: «Ümumiyyətlə, bu xəstəliyə görə, ölkəmizdə epizootik vəziyyət sabitdir. Amma heyvanların çimizdirilməsi, mütəmadi olaraq dezinfeksiyaedici maddələrlə dezinfeksiya edilməsi vacibdir. Xəstəliyin əsas daşıyıcısı qansorucu həşəratlardır və xəstəlik heyvanlar arasında geniş yayılır və insana keçmir. Amma heyvanlarda ölüm halları baş verə bilər. Əgər 100 heyvana bu virus keçibsə, 10 baş heyvanın tələf olması gözləniləndir. Üstəlik heyvanlarda məhsuldarlıq aşağı düşür, çəkiləri, südləri azalır».

Qeyd edək, İranın İlam, Kürdistan, Kirmanşah və Azərbaycanla həmsərhəd olan Qərbi Azərbaycan əyalətində təxminən bir aydan çoxdur ki, heyvanlar arasında yoluxucu dəri xəstəliyi yayılıb. Xəstəlik «Nodulyar dermatit» adlanır.