vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
SAHİBKARLIQ  
16:28 | 14 iyul 2014 | Bazar ertəsi Məqaləyə 2050 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Biləcəridə «İtaliya mebel fabriki» tapıldı

Vergilər Nazirliyi rəsmi məlumat yayıb

MÖVZU İLƏ ƏLAQƏLİ

«Mediaforum»un bildirdiyinə görə, məlumatda deyilir: «Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə daxil olmuş məlumat əsasında aparılmış əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, Bakı şəhəri, akademik Həsən Əliyev prospekti, 78 ünvanında mebel satışı ilə məşğul olan «Verona Lux» mağazasına faktiki rəhbərliyi 2009-cu ildən fəaliyyətini dayandırmış fiziki şəxs Həbilov Rüfət Məhəmməd oğlu həyata keçirir.

Araşdırma zamanı mağazada satılan mebellərin İtaliya istehsalı kimi təqdim olunduğu, lakin faktiki olaraq Biləcəri qəsəbəsində yerləşən «Səma LTD» MMM-ə məxsus olan mebel fabrikində hazırlandığı, mebellərin birbaşa fabrikdən evlərə aparılaraq quraşdırıldığı, satılan mebellərə görə sifarişçilərə ciddi uçot blankı olan sənədlərin verilmədiyi, əhali ilə nağd hesablaşma qaydalarının pozulması halları da müəyyən edilib.

Həmin mağazada və fabrikdə keçirilmiş tədbirlər zamanı mühasibatlıq və «qara mühasibatlıq» sənədləri, fəaliyyəti əks etdirən elektron məlumatların saxlanıldığı kompüter prosessorları aşkar olunaraq götürülüb.

Toplanmış materiallar Vergi Auditi Departamentinə göndərilib və aparılmış səyyar vergi yoxlamaları nəticəsində fiziki şəxs Həbilov Rüfət Məhəmməd oğlunun 562 min 483,61 manat və «Səma LTD» MMM-in 549 min 699,49 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmaları müəyyən edilib. Hər iki fakt üzrə Departamentin istintaq idarəsində Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə cinayət işləri başlanıb və hazırda həmin işlər üzrə ibtidai istintaq davam etdirilir».