vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
BÖHRAN  
19:08 | 18 iyul 2014 | Cümə Məqaləyə 1112 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Lavrov Ukraynanı günahlandırdı...

.. və hədələdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya Ukrayna ərazisində qəzaya uğramış Malayziyaya məxsus «Boinq 777»nin «qara qutu»sunu aparmağa hazırlaşmır. ANS PRESS-in məlumatına görə, bu haqda Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov bildirib.

«Biz çalışırıq ki, mümkün qədər tez beynəlxalq ekspertlər hadisə yerinə gəlsinlər və onlar dərhal «qara qutu»nu alsınlar. 

«Rəsmi Kiyevin bildirdiyinə görə, biz bu yeşikləri aparmağa hazırlaşmırıq. Biz beynəlxalq cəmiyyətdə qəbul olunan normaları pozmağa hazırlaşmırıq. Bu, Beynəlxalq vətəndaş aviasiyası təşkilatının işidir. Bu, faciə zamanı zərərçəkən dövlətlərin - Niderland, Malayziya və hadisə zamanı vətəndaşları təyyarədə olmuş dövlətlərin işidir. Əlbəttə, Ukraynanın işidir», - deyə Lavrov bildirib.

 

***


Lavrov, həmçinin aviaqəzanın araşdırılması üçün beynəlxalq araşdırma komissiyasının yaradılması haqqında Ukrayna prezidenti Petro Poroşenkonun qərarını dəstəkləyib.

Rusiya XİN-in başçısı daha sonra Ukraynanı vuracaqları ilə hədələyib. «Ukrayna əsgərləri Rusiya ərazisini atəşə tutmağa davam edərsə, layiqli cavabını alacaq». 
Lavrovun sözlərinə görə, rəsmi Moskva bu günə qədər Ukrayna tərəfdən Rusiya ərazisinə açılan atəşləri əsgərlərin qeyri-peşəkarlığı nəticəsində və ya təsadüfən baş verdiyini hesab edirdi.
«Lakin Ukrayna əsgərlərinin Rusiya ərazisini qəsdən atəşə tutduğu üzə çıxsa, həmin obyekti dərhal məhv edəcəyik», - deyə Sergey Lavrov bildirib.
Qeyd edək ki, iyulun 13-də Ukrayna tərəfdən Rusiya ərazisinə 7 dəfə atəş açılmışdı. Onlardan biri Rostov vilayətində yaşayış evinə dəymişdi. Nəticədə bir nəfər ölmüş, bir nəfər isə yaralanmışdı. Rəsmi Moskva Kiyevdən məsələyə aydınlıq gətirilməsini tələb etmişdi. Kiyev isə atəşin Ukrayna əsgərləri tərəfindən açılmadığını bəyan etmişdi.